Ermənistanın oyunbazlıqları və ya marslılar harada baza quracq? ANALİTİK+AKTUAL
Moskva İrəvana yalnız barmaq silkələmir, həm də qulaqburması verir
Məlum olduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri bugünlərdə bəyanatla çıxış ediblər və həmin bəyanat ənənəvi olaraq İrəvanda dəstəkləndi, əlbəttə ki, özünə sərf edən variantda. Belə ki, Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan artıq bir neçə dəfə bəyan edib ki, Azərbaycanla Ermənistan sərhədinə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin – Fransanın və ABŞ-ın beynəlxalq müşahidəçiləri daxil olsunlar və bu, situasiyanın deskalasiyası üçün İrəvan üçün qəbulediləndir.
Lakin o da məlumdur ki, Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində ATƏT-in Minsk qrupunun göyərtədən kənarda qalan iki cinahı – Paris və Vaşinqton artıq bir neçə aydır ki, bu qurumu dirçəltməyə cəhdlər göstərirlər, amma göründüyü kimi onların bu cəhdləri uğursuzdur. Yeganə olaraq isə yalnız Ermənistan rəhbərliyi tərəfindən anlayışını tapmaqdadır.
Denis Denisov: “Ermənistan rəhbərliyi ABŞ və Fransanın hesabına Rusiyanın regiondakı təsirini azaltmaq istəyir”
SİA-nın məlumatına görə, Rusiyanın Sülhməramlılıq təşəbbüsü və konfliktologiya institunun direktoru Denis Denisov rusdilli caliber informasiya analitik mərkəzinə verdiyi açıqlamasında qeyd edib ki, ermənilərin və Nikol Paşinyanın istəkləri magistral olaraq müxtəlif şeylərdir: “Axı biz yaxşı bilirik ki, Nikol Paşinyan kimdir, onun hansı işlənmiş əlaqələri var və o, ilk növbədə nəyə orientasiya edir. Və bu da tez-tez erməni xalqının istəkləri ilə üst-üstə düşmür”.
“Daha çox aydın görünən bu faktdır ki, Nikol Paşinyan üçün Rusiya Federasiyasının təsirini azaltmaq sərf edir. Regiondakı bu təsirləri isə beynəlxalq ortaqların hesabına, o cümlədən ATƏT vasitəsi azaltmaq olar. Bəli, ATƏT-in iştirakı o halda məntiqli olardı ki, ona ehtiyac duyulsun. Ancaq praktiki nöqteyi-nəzərdən yanaşdıqda belə bir ehtiyac yoxdur”, Denis Desinov bildirib.
Rusiyalı politoloq: “Haqqında bəhs etdiyimiz ATƏT-in Minsk qrupunun son bəyanatı faktiki olaraq “heç nədir”
Bundan əlavə, rusiyalı konfliktoloq vurğulayıb ki, ATƏT-in sülhməramlılıq formatı yoxdur: “Bəli, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri Rusiyadır. Lakin digər həmsədrlər – ABŞ və Fransa heç də tam olaraq optimal ortaqlar deyillər. Haqqında bəhs etdiyimiz ATƏT-in Minsk qrupunun son bəyanatı faktiki olaraq “heç nədir”. Amma onu istədiyin kimi yönləndirə bilərsən. Monitorinq missiyası təşəbbüsü, həm də beynəlxalq sülhməramlılar da daxil olmaqla realizə olunmayan bir məsələdir. Hazırkı anda fəaliyyətdə olan Rusiya Federasiyasının missiyasına və onun kompleksli tənzimləmə resurslarına arxalanmaq olar”.
Denis Denisovun sözlərinə görə, son həftələrdə sərhəddə baş verən insidentlər əlbəttə ki, diqqət tələb edir, amma onlar tənzimlənmənə yenidən baxılması dərəcəsində kritik deyillər.
Vladislav Şurıqin: “Erməni fobiyalarını ciddi qəbul etmək doğru deyil və bu, məntiqsiz bir işdir, ona görə də onlara politoloq və analitiklərdən daha çox həkim dəstəyi lazımdır”
Bu arada, onu da xatırlatmaq olar ki, Ermənistan yalnız ATƏT-in Minsk qrupunun iki həmsədr ölkəsi, davamlı olaraq, hətta açıq-aşkar Ermənistanın maraqlarından çıxış edən ABŞ və Fransa ilə yanaşı, üzvü olduğu KTMT-ni də dövriyyəyə qatmağa cəhdlər göstərir. Ancaq fakt budur ki, erməni tərəfinin bu cəhdləri də nəticəsiz qalır. Hətta Ermənistanın hakimiyyət dairələri ilə yanaşı, siyasi ekspertləri üzv olduqları bu quruma qarşı həqarətli fikirlər səsləndirirlər. Əbəs deyil ki, artıq İrəvanın küçələrindəki zibil urnalarının üzərinə KTMT-nin loqoları vurulmaqdadır. Əlbəttə ki, bu kimi məsələlər heç də Ermənistana yaxşı siyasi nəticələr də vəd etmir. Məhz bununla bağlı çıxış edən Rusiya politoloqları da maraqlı fikirləri ilə yadda qalırlar.
Daha bir məqam isə Ermənistanın artıq istefa vermiş xarici işlər naziri Ara Ayvazyanın KTMT-ni sərt qaydada ittiham etməsinin ardınca Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenkonun cavabı ilə bağlıdır. O, öz növbəsində bəyan etdi ki, KTMT bütün tərəflər, o cümlədən Azərbaycan üçün də açıq olmalıdır və onun həmin bəyanatı Ermənistanda dəhşətli isterika ilə qarşılandı.
Rusiyanın hərbi eksperti və publisisti, İzborsk klubunun daimi üzvü Vladislav Şurıqin qeyd edib ki, erməni fobiyalarını ciddi qəbul etmək doğru deyil və bu məntiqsiz bir işdir, ona görə də onlara politoloq və analitiklərdən daha çox həkim dəstəyi lazımdır.
Rusiyalı hərbi ekspert: “Ermənistanın ərazisində Çin bazasının qurulması tələbi şizofreniya qoxusu verməkdədir, nəyə görə də marslılar çağırılmasın və orada marslıların bazaları qurulmasın?”
“Sözsüz ki, KTMT bilavasitə açıq qurumdur və keçmiş SSR-idən olan istənilən ölkə bu quruma üzv ola bilər. Bu halda isə Ermənistanın mövqeyi müəyyənedici olmayacaq. Əsas olan KTMT-yə üzv olacaq ölkələrin maraqlarının qorunmasıdır”, deyə Şurıqin bildirib.
Rusiyalı hərbi ekspert Ermənistandakı bir sıra qüvvələrin Çin hərbi bazasının qurulması ideyalarına özünəməxsus tərzdə cavab verib. “Ermənistanın ərazisində Çin bazasının qurulması tələbi şizofreniya qoxusu verməkdədir, nəyə görə də marslılar çağırılmasın və orada marslıların bazaları qurulmasın?”, deyə ironik münasibət sərgiləyən Şurıqin əlavə edib: “Əslində sual sadədir – Çinə Ermənistan sərhədlərində nə lazımdır? Rusiyaya nə lazımdırsa, bu aydındır. Yeri gəlmişkən, Rusiyanın mövcudluğu Ermənistanın sağ-salamat qalmasına səbəb oldu. Əgər erməni şərhçiləri Çinlə Rusiyanı qarşıdurmaya cəlb etmək istəyirlərsə bu olmayacaq. Və əgər Moskvanın qarşısında “Çin, yoxsa Ermənistan?” seçimi qalarsa, mən kifayət qədər əminəm ki, seçim Ermənistanın xeyrinə olmayacaq”, Vladislav Şurıqin vurğulayıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB