Oqtay Əsədov Azərbaycan xalqını Respublika günü münasibətilə təbrik edib
Bu gün Milli Məclisin növbəti iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclası giriş sözü ilə açan spiker Oqtay Əsədov Azərbaycan xalqını və millət vəkillərini 28 may Respublika günü münasibətilə ürəkdən təbrik edib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz dövlət müstəqilliyini gün-gündən daha da möhkəmləndirəcək, Azərbaycan xalqının rifah halı daha da yüksələcək.
Qeyd edək ki, iclasda "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında", "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" qanunlar müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB