Ermənistan KTMT-dən əlini üzdü - Paşinyan qurumun "sürətindən" razı deyil
"Ermənistan KTMT-nin Azərbaycan hərbçilərinin Ermənistan ərazilərinə daxil olması ilə bağlı yaranmış problemi həll etmək sürətindən məmnun deyil". Bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
“KTMT-nin reaksiyası, fəaliyyət sürəti bizi qane etmir. KTMT-nin Tacikistan konfransı da yekunda açıq bir mövqe sərgiləmədi, Azərbaycanın öz qoşunlarını Ermənistan ərazisindən çıxartması lazım olduğunu söyləmədi. Üzv dövlətlərin nümayəndələri ilə təkbətək görüşlərimizdə bu mövqe səsləndirildi, amma geniş ictimaiyyətə bu barədə deyilmədi”, deyə Paşinyan vurğulayıb.
Baş nazirin səlahiyyətlərini müvəqqəti icra edən Paşinyan eyni zamanda, Ermənistanın KTMT ilə ardıcıl işləməyə davam edəcəyini də bildirib. O, müdafiə nazirinin vəzifələrini icra edən Vaqarşak Arutyunyanın yaxın vaxtlarda Rusiyaya səfər edəcəyini deyib: "Bəzi suallara cavab almalıyıq və KTMT-dəki və Rusiyadakı tərəfdaşlarla əməkdaşlığı dərinləşdirməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB