"TURKİC.World türkdilli medianın inkişafına mühüm töhfə verəcək" Hikmət Babaoğlu

"Bu gün təqdimatına toplaşdığımız tədbir Türk dünyası mediasında önəmli bir hadisədir. İllərlə arzuladığımız ortaq türk media platforması yaradılır. Bu tarixi bir hadisədir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu bu gün Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group” tərəfindən birgə yaradılan TURKİC.World (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimat mərasimində çıxışı zaman deyib.

H.Babaoğlu bildirib ki, türk dünyasının media gücünün bu vahid platformada birləşməsi türk dünyası mediası qarşısında yeni üfüqlər açır.

Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı Türkiyə mediası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadı: “Media hər zaman mühüm rola malik olub. Bu gün yaradılan yeni media platforması türkdilli medianın inkişafına mühüm töhfə verəcək. Mən bu münasibətlə hər kəsi təbrik edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə