"Hakimiyyət təzyiq üçün inzibati resurslardan istifadə edir" - NÜMAYƏNDƏ

Ermənistan Baş prokuroru həqiqətən müstəqil olsaydı, lirik-siyasi şərhlərin yayılması ilə məşğul olmaz, əksinə müxalifət tərəfindən yayılan məlumatların yoxlanılması üçün səylərini cəmləşdirər və lazım gələrsə müvafiq cinayət işləri açardı. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə “Ermənistan” blokunun seçkiqabağı qərargahının rəsmi nümayəndəsi Aram Vardevanyan, keçmiş baş nazirin müavini Armen Qevorqyanın açıqlamasına baş prokurorun müşavirinin verdiyi cavabı şərh edərək deyib.

Baş rokurorun müşaviri Qor Abramyan bu gün “Ermənistan” blokunun təşviqat qərargahının rəhbəri Armen Qevorqyanın “hakimiyyət açıq şəkildə icmaların rəhbərlərini və biznes nümayəndələrini şantaj edir”, ifadəsinə cavab verib.

“Baş prokuror həqiqətən müstəqil olsaydı, lirik-siyasi şərhlərin yayılması ilə məşğul olmaz, əksinə müxalifət tərəfindən yayılan məlumatların yoxlanılması üçün səylərini cəmləşdirər, lazım gələrsə müvafiq cinayət işləri açardı. Üstəlik, hüquq-mühafizə orqanlarının əsassız təzyiq halları ilə əlaqədar atılan addımlar barədə açıqlama verərdi. Lakin bunun əvəzinə müvəqqəti hökumətin siyasi rəqiblərinə təzyiq göstərmək üçün bütün mümkün inzibati rıçaqlardan istifadə etməsi faktı ilə qarşılaşırıq.

İndidən məhkəmələr tərəfindən təsdiqlənmiş qəsdən qanunsuz cinayət təqibləri barədə xatırlatmaq üçün bu seriyanı davam etdirmək istəmirəm, ancaq vəzifələrinizdən yayınmamaq üçün hüquqi sahədə qalmağa çağırıram. Məhz bu kritik məqamda səlahiyyətlilər tərəfindən inzibati resurslardan qanunsuz istifadənin qarşısını alaraq və hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanunsuz hərəkətlərinin qarşısını alaraq öz funksiyalarınızı aydın şəkildə yerinə yetirməlisiniz", deyə Aram Vardevanyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə