Gürcüstan DİN-i Nino Burcanadzenin oğlu ilə dövlət çevrilişi planlarını müzakirə etdiyi audiolenti açıqlayıb
Gürcüstan Daxili İşlər Nazirliyi Nino Burcanadzenin oğlu Anzorla Gürcüstanda dövlət çevrilişi planlarını müzakirə etdiyi audiolenti açıqlayıb. SİA-nın "Qruziya-onlayn"a istinadən yaydığı məlumata görə, ana və oğul neçə nəfərin Rusiya meylli siyasəti müdafiə etdiyi, onlardan neçəsinə arxayın ola biləcəkləri barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda Nino Burcanadzenin "Hadisələrin gedişində Kocor xüsusi təyinatlı batalyonu mitinq iştirakçılara atəş aça bilərmi?" sualına oğlu Anzor Bitsadze bildirib: "İlk hücumu biz dəf edərik, sonra isə xüsusi təyinatlılarla qoy, Rusiyanın Baş Kəşfiyyat İdarəsi anlaşsın".
Həmçinin Daxili İşlər Nazirliyi saxlanan şəxslər barədə iki ay müddətinə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumat yayıb. Məlumatda eyni zamanda mitinqdə iki nəfərin ölümü faktı üzrə araşdırmanın davam etdiyi vurğulanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB