Kreml özünün problemli müttəfiqinin - Ermənistanın adekvatsız reaksiyasını taktiki şəkildə mühakimə etdi
Azərbaycan-Ermənistan arasında ölkəmizə aid olan Qaragöl gölünün sərhəd zolağının dəqiqləşdirilməsi məsələsi istiqamətində aparılan danışıqlarda yeni mərhələ başlayır. Bu mərhələ həm Azərbaycan üçün sərhədlərinin qısa zmanda demorkasiyası tələbi, həm də qonşu ölkə - Rusiyanın maraqları ilə üst-üstə düşür.
Hələ bir neçə gün əvvəl Ermənistanın hay-həşir salaraq guya Azərbaycan ordusunun onun ərazisinə “müdaxilə” etməsi ətrafında var-gəlləri özünün kulminasiya nöqtəsinə çatdı. Kreml isə özünün problemli müttəfiqinin adekvatsız reaksiyasını taktiki şəkildə mühakimə etdi.
Lavrovun və Rudenkonun bəyanatları Ermənistanı məys edib
Belə ki, Rusiya XİN-nin rəhbəri Sergey Lavrovun emosiyaların gərniləşdirilməsi yönündəki bəyanatı, yaxud çağırışı, əslində, İrəvana verilən mesaj oldu. Moskva Azərbaycan-Ermənistan sərhədi boyunca delimitasiya və demorkasiya prosesinin münaqişəsiz həll edilməsinin tərəfdarı olduğunu bəyan etdi. Bundan əlavə, Rusiya sözügedən istiqamətdəki danışıqlarda iştirakçıya çevrildi və bu barədə Rusiya xarici diplomatiya idarəsi rəhbərinin müavini Andrey Rudenko bəyan etdi. “Rusiya hər iki dövlətdən müraciət daxil olarsa, Azərbaycana və Ermənistana sərhəddəki gəginliyin azaldılaraq tənzimlənməsi yönündə dəstəyini göstərəcək”, deyə o bildirib.
Və bu dəfə Sergey Lavrov XİN rəhbəri olaraq rəsmi şəkildə Moskvanın demorkasiya məsələsində birgə komissiya yaratmaq təklifini irəli sürdü və qeyd etdi ki, ölkəsi prosesdə məsləhətçi və ortaq olaraq çıxış etməyə hazırdır.
KTMT-yə üzv ölkələrdən İrəvanın arzuladığı qaydada heç bir konkret reaksiya göstərilmədi
Diqqətçəkicidir ki, mövcud bəyanat Ermənistanın KTMT-yə üzv ölkələrin xarici işlər nazirlərinə müraciətindən sonra səsləndi. Lakin hər şeyə rəğmən, daha dəqiq desək, erməni tərəfinin Azərbaycana tərəf yönəltdiyi ittihamlarına cavab verilmədi, eləcə də üzv ölkələrdən İrəvanın arzuladığı qaydada heç bir konkret reaksiya göstərilmədi. Qısaca olaraq göstərildi ki, KTMT-nin Bakı ilə qarşıdurmaya getməsi, ümumiyyətlə, mümkün deyil və İrəvanın nəyə isə ümid etməsi, sadəcə, xəyaldır.
Amma buna baxmayaraq, KTMT-nin bütün təmsilçiləri istisna olmaqla, Ermənistan uzunmüddətli sabitliyin və sülhün bərqərar olmasını yenə də əngəlləyir və bunu quruma üzv olan hər bir ölkə yaxşı bilir. Ona görə də, İrəvan tərəfindən uzadılan prosesin qısa müddətdə, məhz Rusiyanın iştirakı və dəstəyi ilə dərhal həll olunma tələbi günü-gündən artmaqdadır. Çünki mövcud proses bu istiqamətdədir – 44 günlük müharibənin nəticələrinə görə Azərbaycan Respublikası öz ərazi bütövlüyünü həll edib, erməni işğalına son qoyulub, indi isə sərhədlərinin tam şəkildə müəyyən edilməsi artıq danılmaz şərtə çevrilib.
Qazax rayonunun yedi kənddi və Naxçıvanın Kərkisi!
Həmçinin, sərhədlərin demarkasiyası Azərbaycanın suveran ərazilərinə geri dönməsi faktoru ilə başa çatmır, eyni zamanda, yalnız Qaragöl əraziləri deyil, digər 1990-cı illərdən Ermənistanın işğalına məruz qalmış bir sıra Azərbaycan kəndlərinin də geriyə qaytarılması tələbini ortaya qoyur. Söhbət Qazax rayonunun 7 kəndi də daxil olmaqla müəyyən ərazilərdən, həm də Naxçıvan Muxtar Respublikasının Kərki kəndindən gedir.
Beləliklə, Ermənistanın sərhədlərin demarkasiyası məsələsindəki müqaviməti, yaxud inadkarlığı bütün mənalarını itirib və əlbəttə ki, uğursuzluğa hesablanıb.
Qaragöl ərazisində öz torpaqlarını, sərhədlərini mühafizə edən Azərbaycan silahlı qüvvələrinin hərbçilərinə qarşı güc tətbiq edəcəyini bəyan edən Ermənistanın müdafiə nazirliyinə gəldikdə isə görünən budur ki, öz kabinetlərindəki kürsülərində, yaxud divanlarına yerlərini rahat edən erməni generalları “qələbə yürüşü” barədə yalanlar danışarkən birmənalı olaraq başlarını itiriblər, ya da 44 günlük müharibənin ağır nəticələrini unudublar. Çünki onlar bəlli bəyanatlarını səsləndirərkən əvvəlcə özlərinə hesabat verməlidirlər ki, Azərbaycan torpaqlarının 1 metrinə belə göz tikməkdə davam edəcəklərsə yeni, növbəti dağıdıcı güc dalğası bütövlükdə Ermənistanı yerlə-yeksan edəcək.
Ermənistanin istər hakimiyyəti, istərsə də müxalifəti yanlış mövqe göstərməklə yalnız özlərini uçuruma doğru aparırlar
Bu baxımdan, Ermənistan istəsə də, istəməsə də Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazilərinə nəzarətini gücləndirmək, mövcud problemləri həll etmək maraqları davam edəcək, ta ki, öz həllini tapana qədər. Çünki bu, regional sülhün, əmin-amanlığın təmin olunması üçün yeganə fundament əsasıdır. O cümlədən, 2020-ci ilin 9/10 noyabr üçtərəfli bəyanatında qeyd olunan müddəalar da bu xüsusu kifayət qədər əks etdirməkdədir. Sözügedən bəyanatda açıq-aydın göstərilir ki, Azərbaycanın işğal altında qalan əraziləri işğaldan azad olunmalı, Ermənistanın hərbi birləşmələri bütün ərazilərdən qeyd-şərtsiz çıxarılmalı, Zəngəzurun nəqliyat-kommunikasiya dəhlizləri açılmalı, regionun iqtisadi potensialı təmin olunmalıdır. İndi növbə Ermənistanın olsa da, bu ölkənin istər hakimiyyəti, istərsə də müxalifəti yanlış mövqe göstərməklə yalnız özlərini uçuruma doğru aparırlar. Bunun baş verməməsi üçün isə tələb edilən şərtlər qısa hətta daha çevik, dinamik şəkildə realizə olunmalıdır!
Rövşən RƏSULOV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB