Ermənistanın belə bir addımı paralel olaraq Rusiya ilə mövcud olan strateji maraqlara və partnyorluğa zərbə vurmağa hesablanıb
Ermənistan hökuməti NATO-dakı nümayəndəliyi üzərindən təşkilatın baş katibliyinin dəftərxanasına, eləcə də bu hərbi-siyasi bloka daxil olan bütün ölkələrin hökumətlərinə Zəngəzurda baş verən hadisələrə müdaxilə etməyi istəyib.
Rəsmi olaraq müraciət edilən sənəd isə göstərir ki, Ermənistan daim özünü “Rusiyanın sadiq müttəfiqi” kimi bəyan etsə də, əslində, illərlə onu himayə edən Rusiyaya qarşı xəyanət addımı atıb. Nəzərə alsaq ki, Rusiya KTMT-də əsas gücdür və qurum, əslində, bu ölkənin diktəsi ilə idarə olunur, bu zaman nəticəni də məhz belə hasil etmək mümkündür.
İrəvanın KTMT-yə arxa çevirməklə NATO-ya tərəf qaçması Moskva üçün təəccüblü sayılmamalıdır
Digər tərəfdən, sözügedən sənəd onu da sübut edir ki, Ermənistan Şimal Atlantik alyansı ilə yaxınlaşmaq qərarını verib və mövcud situasiyada istər NATO-nu, istərsə də Qərb ölkələrini regional təhlükəsizlik məsələlərinə cəlb etməyə çalışır, onları özünə qarant kimi görməyə cəhd edir. Eyni zamanda, Ermənistanın belə bir addımı Rusiya ilə mövcud olan strateji maraqlara və partnyorluğa zərbə vurmağa hesablanıb.
Əslində, Ermənistanın xəyanətkarlıq ənənəsi, İrəvanın KTMT-yə arxa çevirməklə NATO-ya tərəf qaçması Moskva üçün təəccüblü sayılmamalıdır. Yəni bu, həmin Ermənistandır ki, ölkədə hakimiyyətə gələn Nikol Paşinyan Serj Sarqsyan iqtidarı tərəfindən KTMT-yə göndərilmiş və sədrlik müddəti təyin olunmuş Yuri Xaçaturovu həbs edərək qurumun nüfuzuna ləkə vurmuşdu. Bu baxımdan, Rusiya hər halda daha bir xəyanətkarlığın törədilməsi mümkünlüyünü gözə almışdı və bu da baş verdi – İrəvanın NATO-ya və Qərb ölkələrinə tərəf yalvarışlarla qaçması ilə.
Rövşən RƏSULOV
P.S: Beləliklə, “qayalar” və “əriklər” ölkəsinin siyasi devizi təqribən belədir – kim daha çox təklif edəcək, NATO, yoxsa KTMT? Kim çox təklif edərsə, “bakirəliyini” də ona hədiyyə edəcək...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB