YAP GB-nın üzvləri Ağstafa rayonunda şəhid ailəsini ziyarət ediblər FOTOLAR
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Ağstafa rayonunda doğum günü münasibətilə şəhid ailəsini ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Eyyubova, YAP Ağstafa rayon təşkilatının fəalları, Gənclər Birliyinin könüllüləri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidəsinin önünə gül dəstələri qoyublar.
Sonra Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri partiyanın Ağstafa rayon təşkilatının Gənclər Birliyinin sədri şəhid Elvin İmaməliyevin məzarını ziyarət etdikdən sonra, onun ailə üzvləri ilə görüşüb, problemləri ilə maraqlanıblar.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB