Türkiyənin dövlət naziri: “Avropa Parlamenti Azərbaycanı tənqid edərkən əvvəlcə özünə baxmalıdır”
"Avropa Parlamenti Azərbaycanı tənqid edərkən əvvəlcə özünə baxmalıdır". SİA-nın "SonDakika" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu İstanbulda xarici media nümayəndələrinə ziyafət verən Türkiyənin Avropa İttifaqı ilə danışıqlar üzrə naziri Egemen Bağış deyib. Onun sözlərinə görə, Avropa Birliyi Türkiyə-Ermənistan sərhədinin açılması üçün Ankaraya həmişə təzyiq göstərir: "Bu məsələ ilə bağlı Türkiyənin mövqeyində heç bir dəyişiklikdən söhbət gedə bilməz. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. 1 milyon insan orada torpaqlarından didərgin düşüb, qaçqın vəziyyətində yaşamaqdadır. Bu halda Türkiyənin mövqeyində hansı dəyişiklikdən söhbət gedə bilər?\"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB