Elman Nəsirov: “Ölkələrin bir çoxunun təmin edə bilmədiyi demokratik şəraiti müstəqil Azərbaycan Cümhuriyyəti təmin edə bilib” - MÜNASİBƏT
"Azərbaycanın müstəqillik əldə etməsi tarixi hadisədir. Amma bunu deyərkən biz növbəti bir cümlə də işlədirik ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir". Bu sözləri Politoloq Elman Nəsirov SİA-ya verdiyi açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, müstəqil Azərbaycan dövlətinin yaranmasında xeyli problemlər yarana bilərdi.
Onun sözlərinə görə, bu baxımdan da bugünki müstəqil Azərbaycanın, müstəqil idarəçilik mədəniyyətinin yaranmasında Xalq Cümhuriyyətinin çox böyük rolu olub.
"Burada varislik, tarixi dövlətçilik ənənəsi var. 23 ay hakimiyyətdə olmasına baxmayaraq o dövrdə dövlətçiliyimiz tarixində çox mühüm addımlar atılıb. İlk dəfə qadınlara seçim hüququ verilib. ABŞ-da qadınlara seçim hüququ yaranışından 144 il sonra yəni 1920-ci ildə Azərbaycanda isə 1918-ci ildə qadınlara seçim hüququ verilib. Bu da o deməkdir ki, ölkələrin bir çoxunun təmin edə bilmədiyi demokratik şəraiti müstəqil Azərbaycan Cümhuriyyəti təmin edə bilib", - deyə E.Nəsirov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB