Türkiyə və ərəb mediası Ümummilli Liderdən yazıb

Türkiyənin “https://www.sabah.com.tr” xəbər saytında Azərbaycanın dahi siyasətçisi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş məqalə yayımlanıb. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, Sema Alim Dalgıçın müəllifi olduğu məqalədə Azərbaycanın dünya siyasətində söz sahibi olmasının memarı, türk dünyasının önəmli liderlərindən biri olan Heydər Əliyevin mayın 10-da böyük ehtiramla yad edilməsindən, onun şərəfli ömür yolundan və fəaliyyətindən ətraflı bəhs edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Heydər Əliyevin Qarabağın azad olunmasına dair müqəddəs arzusunu gerçəkləşdirdiyi bildirilib.

Məqalədə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attarın böyük öndər barədə fikirlərinə geniş yer verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə