"Keçmişimiz oğurlandı, bu günümüz də məhv edilir" YENİ ETİRAFLAR

"Qarabağa qayıtmaq ağır bir yükdür." SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri, yepiskop Baqrat Qalstanyan öz xütbəsində deyib.

Məlumata görə, yepiskop həmçinin etiraflar da edib.

"Keçmişimiz bizdən oğurlandı, bu günümüzü də hər gün məhv edirlər. Ancaq gələcəyimizin bu şəkildə məhv olmasına icazə verməməliyik, əksinə həyatı yaşamaq üçün bu həyatı bərpa etməliyik", deyə Baqrat Qalstanyan bildirib.

Xatırladaq ki, Ermənistan tərəfinin təxribatları nəticəsində və buna cavab olaraq 27 sentyabr tarixində Qarabağda müharibə yenidən başlayıb və 44 gün davam edən döyüşlər məntiqi olaraq Ermənistanın məğlubiyyəti, eləcə də erməni baş nazir Nikol Paşinyanın təslim, kapitulyasiya sənədini imzalaması ilə yekunlaşıb. Həmin gündən, yəni 10 noyabr tarixindən etibarən erməni cəmiyyəti bu məğlubiyyəti həzm edə bilmir və etiraz aksiyaları bir-birini əvəz edir. Mövcud hakimiyyətə yönələn narazılırların fonunda Ermənistanın bu vəziyyətindən istifadə edən keçmiş hakimiyyət qüvvələri, eləcə də Ermənistan müxalifəti erməni xalqını bir bəladan, bir fəlakətdən digərinə sürükləyir. Hətta bəyan edilir ki, bu zamana qədər mübarizələri boşa çıxıb, mənasız əmək sərf etdikləri bəlli olub. İndi etirazlar və avantura fonunda müxtəlif manipulyasiyalar müşahidə olunur ki, bu da erməni cəmiyyətinin bu gününü də məhv edir və ölkənin səlalət vəziyyəti iqtisadi tənəzzüldə öz təsdiqini tapır. Görünür, yepiskop da bu mənada keçmişlərinin oğurlandığını, eləcə də Ermənistanın bu gününün məhv edildiyini deyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə