“AB Rusiya ilə dialoqa hazırdır” XİN RƏHBƏRİ AÇIQLADI

Avropa Birliyi Rusiya ilə dialoqa hazırdır, Moskvanın yenidən ona qayıtmasının vaxtı çatıb. SİA xəbər verir ki, bunu AB Nazirlər Şurasında iştirak üçün Brüsselə gələn Almaniyanın xarici işlər naziri Heiko Maas bəyan edib.
"İlk növbədə, AB təmsilçilərinin Moskvada sanksiyalara məruz qalmasından və "dost olmayan dövlətlərin siyahısı" elan edildiyi barədə Rusiya haqqında da sonra danışacağıq. Dialoqa hazırıq və Moskvanın dialoqa qayıtmasının vaxtı gəlib", deyə Maas jurnalistlərə açıqlamasında bildirib.
Xatırladaq ki, Rusiya ilə AB ölkələri arasında münasibətlər bir müddətdir gərgindir. Təkcə AB ölkələri deyil, Qərbin, ələlxüsus ABŞ-ın Rusiya ilə münasibətləri kəskin şəkildə pisləşib. Hətta Rusiyaya qarşı davamlı şəkildə sanksiyalar tətbiq edilir, rus diplomatlarına qarşı sərt reaksiyalar var və onları öz ərazilərindən çıxarırlar. Rusiya tərəfi də öz növbəsində Qərb diplomatlarını öz ərazisindən çıxarıb, adekvat reaksiyalar müşahidə olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə