Trofimçukdan İrəvan və Zəngəzurla bağlı şok proqnozlar YENİ MÜHARİBƏ?

Trofimçukdan İrəvan və Zəngəzurla bağlı şok proqnozlar YENİ MÜHARİBƏ?

"Ermənilər İrəvan da daxil olmaqla Ermənistanın digər həyati əhəmiyyətli hissələrinə zərbələrin vurulmasını gözləyirlər"

Rusiyalı politoloq Qriqori Trofimçuk Bakı ilə İrəvan arasındakı münasibətlərlə bağlı fikirlərində maraqlı məqamlara toxunub. SİA xəbər verir ki, onun sözlərinə görə, hələ ki, iki ölkə arasındakı qarşılıqlı fəaliyyət prosesinin sülh yolu ilə müəyyən olunması görünmür.

"2020-ci ilin 10 noyabrından sonra verdiyim onlarla müsahibələrimdə bir mühüm məqama toxunmuşam: Ermənistan məğlub olub, amma onunla barışmayıb. Lakin azərbaycanlılar təbii eyforiyada olarkən, işin başa çatdığını hesab edərək, bu xəbərdarlığa az diqqət yetirdilər. Robert Koçaryan tipli bir çox nüfuzlu ermənilər bəyan etdilər ki, Ermənistan heç bir sülhə imza atmayıb və bütün bunların ədalətə heç bir aidiyyatı yoxdur", deyən analitik bildirib ki, Paşinyan xaric bütün Ermənistan hərbi revanşı hədəfləyib: "Bunun üçün ölkə özünə yeni dayaq, yeni müttəfiq axtarışında olacaq, belə ki, Rusiyaya qarşı öz səsini ucaltmağa ehtiyat edir. Rəsmi Bakı tez-tez dinc ermənilərə qarşı iradlarının olmadığını deyir, lakin bu növ tezislər artıq ermənilərin düşüncələrində qəbul olunmur".

"Ermənilər İrəvan da daxil olmaqla Ermənistanın digər həyati əhəmiyyətli hissələrinə zərbələrin vurulmasını gözləyirlər. Bu qərəzi gündəmdən çıxarmaq çətin ki, alınsın", deyə Trofimçuk bildirib.

"Mövcud halda Azərbaycan aşkar şəlildə gözləmək marağında deyil, daha açıq desək, dəhliz güc yolu ilə açılacaq"

Trofimçuk Zəngəzur dəhlizi ilə də bağlı diqqət çəkən fikir söyləyib. Onun sözlərinə görə, Ermənistan bundan sonra da nala-mıxa döyəclərsə, bu zaman dəhliz güc yolu ilə əldə ediləcək. Daha dəqiq desək, Rusiyanın XİN rəhbəri Lavrovun İrəvana səfəri zamanı apardığı müzakirələrdən birini də məhz bu mövzunun olmasını qeyd edən politoloq bildirib ki, rus diplomatiyasının başçısı rəsmi İrəvana həmin məsələni inadla çatdırıb.

"Moskva Zəngəzur ətrafında artan gərginliyin təhlükə səviyyəsini anlayır. Ancaq Paşinyan faktiki olaraq iddia edir ki, 10 noyabr razılaşmasında bu obyektin formal şəkildə dəqiq koordinatları qeyd edilməyib. Burada Donbas üzrə "Minsk razılaşmaları" ilə bağlı uzaq paralelləri görmək mümkündür ki, hər bir tərəf eyni sənədi özünə sərf edən tərəfdən görür, lakin nəticədə hər şey illərlə davam edir", deyən Trofimçuk daha bir maraqlı proqnoz irəli sürüb: "Mövcud halda Azərbaycan aşkar şəkildə gözləmək marağında deyil, daha açıq desək, dəhliz güc yolu ilə açılacaq", rusiyalı analitik deyib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə