Almaniya kansleri Angela Merkel, səlahiyyət müddəti bitdikdən sonra nə edəcəyi barədə düşünmək üçün bu günə qədər vaxtının olmadığını və bu məsələni təqaüdə çıxdıqdan sonra həll edəcəyini söyləyib. SİA xəbər verir ki, Merkel istefası ilə bağlı suala, Hollandiya nasist işğalından qurtuluşun 76-cı ildönümü münasibətilə təşkil etdiyi bir tədbirdə cavab verib.
Qeyd edək ki, Merkel 2005-ci ildən bu yana Almaniya kansleridir. O, bir qədər əvvəl hazırkı vəzifə müddətinin sonuncu olacağını elan etmişdi.
"Artıq işim pandemiya dövründə məndən çox şey tələb edir, ona görə nə edəcəyimi düşünməyə vaxtım yoxdur. Təqaüdə çıxdıqdan sonra bir az yatacağam, təbiətdə gəzintiyə çıxacağam və bundan sonra nə isə düşünəcəyəm. Bunu səbirsizliklə gözləyirəm, amma hələlik işimi görməkdən məmnunam", deyə Merkel bildirib.
Bundan əlavə, Merkel hələ təqaüdə çıxacağını düşünmədiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB