“Müxalifət yazıq duruma düşüb” ÖZƏL-RƏY

Cəmil Həsənli və Əli Kərimli son vaxtlar dövlətçiliyə və milli maraqlara şər-böhtanlarını sosial şəbəkələr vasitəsi ilə daha da genişləndirib. Artıq sübuta yetirilir ki, “Freedom House” kimi qondarma qurum olan beynəlxalq təşkilata Azərbaycanla bağlı həqiqəti əks etdirməyən “donos”ları Cəmil Həsənli və Əli Kərimli göndərib. Sual olunur, bu şəxslərin dövlətçiliyə bu qədər düşmən kəsilməsinin səbəbi nədir? “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, Cəmil Həsənlinin də, Əli Kərimlinin də Azərbaycana qarşı olan qüvvələrlə daim iş birliyində olmaları yeni bir xəbər deyil: “Sadəcə indi daha da fəallaşmalarının başlıca səbəbi 44 günlük hərbi əməliyyatlardan tarixi zəfərlə çıxan xalqda yaranan yeni möhtəşəm əhval-ruhiyyəni və xalqın bu qələbədən sonra indiki iqtidara, xüsusi olaraq qeyd etməliyik ki, Ali Baş Komandana, Azərbaycan Prezidentinə olan inamının daha da artmasıdır. Artıq hakimiyyətə deyiləcək bir sözlərı olmadığından keçiblər şər, böhtan variantına. Hələ ölkədə saflaşma, korrupsiyaya qarşı mübarizədə bu iqtidarın prinsipial və qətiyyətli ardıcıl siyasəti onların dilini daha da qurudub. Belə vəziyyətdə aşığın sözü qurtaranda "neynim, neynim", yaxud "aman, aman" dediyi kimi, bunların sözləri qurtardığından şər-böhtana əl atırlar. Bu da onların xalqın gözündə daha da nüfuzdan düşmələrinə səbəb olur”.

T.Novruzov onu da bildirdi ki, yazıq duruma düşən müxalifət anlamır, yaxud anlamaq istəmirlər ki, artıq Azərbaycanda xalq-iqtidar birliyi elə səviyyədədir ki, onu nəinki cəmillər, əlilər, heç soroslar da sarsıda bilməz: “Soros demişkən, "Freedom House" kimi qatı anti-türk beynəlxalq təşkilatla işləməyin, bu quruma Azərbaycanla bağlı şər-böhtan dolu məlumatların məhz Cəmil Həsənli tərəfindən ötürülməsi artıq təkzibolunmaz faktlarla təsdiqini tapıb. Belə bir təskilatla işbirliyində olan bir Azərbaycan vətəndaşının türk qanı daşıması mümkün deyil. Məncə onların qanı ciddi şəkildə yoxlanmalıdır. Allah iraq eləsin, bəlkə bunlar hay tayfalarındandırlar! Nə deyim, vallah, hər şey ola bilər!”

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə