Kravçuk ultimatum irəli sürdü DONBASLA BAĞLI

Üçtərəfli Təmas Qrupundakı Kiyev nümayəndə heyətinin sədri Leonid Kravçuk, Donbasla bağlı ultimatum verib. SİA xəbər verir ki, nümayəndə heyətinin sədri bunu "Ukrayna 24" telekanalının efirində özü bəyan edib.
Kravçuk müzakirələrin Avropaya daşınmasını və buna daha yüksək səviyyəli məmurların cəlb edilməsini təklif edib.
"Mən özüm Minsk formatından çıxmağı xahiş edəcəyəm, çünki bunu reallaşdırmaq üçün hər şey artıq edilmişdir, amma təəssüf ki, nəticə verməyib. Beləliklə, başqa formatları axtarmalıyıq", deyə Kravçuk izah edib.
Kravçukun fikrincə, hazırkı formatı qorumaq üçün yeddi il ərzində işlənmiş məsələləri qruplara birləşdirmək və birlikdə nəzərdən keçirmək lazımdır. O, hesab edir ki, əlavə olaraq, atəşkəs pozuntularına təsir mexanizmini inkişaf etdirmək lazımdır. Diplomatın sözlərinə görə, "konkret effektiv tədbirlərin" əldə edilməsinə doğru ilk kiçik addımlar var.
Kiyev nümayəndə heyətinin sədri, "Belə bir sənəd bizim ortaq görüşümüzdə Rusiya tərəfindən təklif edildi", deyib.
Xatırladaq ki, Minsk razılaşmaları 12 fevral 2015-ci ildə imzalanıb. Bunlar Donbass ərazisindən bütün silahlı birləşmələrin çıxarılmasını, yerli seçkilərin keçirilməsini və Ukraynanın bir hissəsi olaraq bölgəyə xüsusi status verilməsini nəzərdə tutur.
Diqqətə çatdıraq ki, bununla yanaşı, Kiyev siyasətçiləri bu planın həyata keçirilməsini daim təxirə salırlar və eyni zamanda ona zidd fikirlər irəli sürürlər. Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova vurğulayıb ki, tədbirlər paketi Kiyev, Donetsk və Luqansk arasındakı münaqişənin sülh yolu ilə həllinə yönəlmiş konkret müddəaları ehtiva edir, lakin Ukrayna səlahiyyətliləri bu tətbiqetmələrdən yayınırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə