"Zəngilanda üç yeni kəndin əsasının qoyulması göstərir ki,..." DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Zəngilanda üç yeni kəndin əsasının qoyulması göstərir ki,..." DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Cənab Prezidentin Cəbrayıl və Zəngilana səfəri işğaldan azad olunmuş torpaqlarda bərpa işlərinin dövlət başçısının şəxsən nəzarətində olduğunu göstərir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, regionların bərpa edilməsi ən müasir texnologiyaların olduğunun sübutudur: “Yeni layihələr, yalnız insanların işləmək və yaşamaq tələbatının ödənilməsi deyil. Bu layihələr Azərbaycanın yeni yaşam modelini həyata keçirmək gücündə olduğunu isbat edir. Zəngilanda üç yeni kəndin əsasının qoyulması göstərir ki, çox da uzaq olmayan bir dövrdə mərhələli şəkildə kənd və şəhərlərimiz yenilənir. Nəticədə, məcburi köçkünlər qayıdacaq və öz həyatlarını rahat quracaqlar”.

Deputat sözlərinə belə davam edib: “Həmçinin, cənab Prezident səfər zamanı siyasi bəyanatlar da verib. Bu ilk növbədə Ermənistanla olan münasibətlər məsələsidir. Azərbaycan artıq, Dağlıq Qarabağ məsələsinin bitdiyini və bu problemin mövcud olmadığını nəzərə yetirir. Eyni zamanda, Ermənistanda ara-sıra revanşist qüvvələr baş qaldıraraq, Azərbaycan torpaqlarını yenidən işğal etmək istədiklərini dilə gətirirlər. Həmçinin, bu səfərlər Azərbaycan vətəndaşının həm ümumdövlət, həm də problemlərin həllinin cənab Prezidentin diqqətində olduğunu vurğulayır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə