“Şahmatçımız erməni şahmatçısını məğlub etdi” “New In Chess Classic”

“Şahmatçımız erməni şahmatçısını məğlub etdi” “New In Chess Classic”

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub edərək, "New In Chess Classic" turnirində 3-cü yerə çıxıb. SİA xəbər verir ki, ilk oyun bazar günü keçirilib, Şəhriyar Məmmədyarov qara fiqurlarla oynayıb və 1: 0 hesabı ilə qalib gəlib.
Məmmədyarovun ağ fiqurlarla oynadığı ikinci oyunda rəqiblər sürətli heç-heçə olublar. Üçüncü oyunda isə Şəhriyar Məmmədyarov yenidən qara fiqurlar ilə rəqibindən üstün olub. Bugünkü qarşılaşma 2.5: 0.5 hesabı ilə yekunlaşıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə