"Ermənistandakı xəstəxanalarda COVID-19 xəstəsi olan 2 294 nəfər müalicə alır ki, bunlardan 962 nəfərinin vəziyyəti ağır, 233 xəstənin vəziyyəti son dərəcə ağırdır". SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan səhiyyə nazirinin müavini Qevorq Simonyan ölkədəki səhiyyə sisteminin koronavirus xəstələri ilə bağlı vəziyyəti təqdim edərkən deyib.
"Hazırda 2294 vətəndaş stasionar müalicə alır, bunlardan 962 nəfərinin vəziyyəti ağır, 233 xəstənin vəziyyəti son dərəcə ağırdır, 76 nəfər tənəffüs aparatına qoşulub", deyə Simonyan öz "facebook" səhifəsində də yazıb.
Nazir müavini, stasionar müalicənin bitməsindən sonra vətəndaşların çox vaxt uzun bir reabilitasiya mərhələsindən keçməyə məcbur olduqlarını bildirib.
Xatırladaq ki, 30 aprel tarixinə qədər Ermənistanda 216 064 təsdiqlənmiş koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Son sutkada 536 yeni yoluxma hadisəsi müəyyən edilib ki, bunlardan da 21 xəstə həyatını itirib. Ümumilikdə, bu vaxta qədər 4 108 nəfər bu xəstəlik səbəbindən ölüb, 12 803 xəstənin müalicəsi hələ də davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB