İranın nüvə anlaşması ətrafındakı vəziyyəti Putin qiymətləndirdi
Rusiya prezidenti Vladimir Putin, İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı ilə əlaqəli hər şeyin əvvəlki çərçivədə bərpa olunacağına ümid etdiyini bəyan edib. SİA xəbər verir ki, Rusiya prezidenti cümə günü Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən operativ iclasda Xəzər bölgəsindəki vəziyyəti müzakirə etmək niyyətində olduğunu söyləyib.
O, İranın Xəzər Beşliyi daxilində Rusiyanın qonşularından biri olduğunu qeyd edib.
"Bu gün biz çox vacib bir mövzunu, yəni Xəzər bölgəsindəki vəziyyəti müzakirə edəcəyik. Mənə elə gəlir ki, bunun Rusiya üçün nə qədər vacib olduğu barədə bir daha danışmağa ehtiyac yoxdur. Bu, iqtisadi fəaliyyət və qarşılıqlı fəaliyyət məsələlərinə də aiddir. Özü də ən yaxın tərəfdaşlarımız və müttəfiqlərimizlə. Təbii ki, bu, təhlükəsizlik məsələlərinə, Rusiyanın bütövlükdə Xəzər bölgəsindəki maraqlarına aiddir”, deyə Putin görüşün əvvəlində qeyd edib.
"İndi İranın nüvə proqramı ilə əlaqədar bir çox məsələ həll olunur. Ümid edirəm ki, bununla əlaqəli hər şey əvvəlki çərçivədə bərpa ediləcək və Xəzər bölgəsi də daxil olmaqla, tam hüquqlu əlaqələr qura biləcəyik. Bu, "Caspian club"un bütün üzvləri, özümüz üçün düşündüyümüz bütün planları tam şəkildə həyata keçirmək üçündür", deyə Rusiya prezidenti əlavə edib.
Diqqətə çatdıraq ki, iclasda Federasiya Şurasının sədri Valentina Matvienko, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Anton Vaino, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, daxili işlər naziri Vladimir Kolokoltsev, Rusiya xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu , FSB direktoru Alexander Bortnikov, SVR direktoru Sergey Narışkin, ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi prezident elçisi Sergey İvanov iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB