"Ermənistanda ciddi hakimiyyət böhranı var" Robert Koçaryan

"Ermənistanda ciddi hakimiyyət böhranı var" Robert Koçaryan

İndi bu qədər zəif vəziyyətdə olduğumuz halda heç bir məsələdə heç bir uğurdan danışa bilmərik. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan tərəfdarları ilə görüşündə bəyan edib.

İşğalçı ölkənin ikinci prezidenti nəzərə çatdırıb ki, “Ermənistan güclü deyilsə, heç nə nəticə verməyəcək, qalan hər şey boş söhbətdir”.

Onun sözlərinə görə, Ermənistanda ciddi hakimiyyət və idarəetmə böhranı var. “Fəaliyyət göstərən bir biznes sahəsinin sahibi dəyişə bilər və naşılığına görə bir il ərzində şirkət çökə, müflis ola bilər. Əks təqdirdə, bir insan imkanlarını iki qat artıra bilər.

Bu hakimiyyət, idarəetmə böhranından çıxmalıyıq. Seçkilər qeyd olunan böhrandan çıxmağın yoludur. Ən yaxşı seçim istefadır, seçkidə iştirak etməməkdir. Amma insanlar hələ də ayılmırlar. Günahı onlarla bölüşürlər. Bunun doğru yanaşma olduğunu düşünmürəm”, deyə Koçaryan əlavə edib.

Xatırladaq ki, Ermənistan tərəfinin təxribatları nəticəsində yenidən başlayan və 44 gün davam edən müharibənin məntiqi nəticəsi olaraq erməni baş nazir təslim aktına, kapitulyasiya sənədinə imza atmaq məcburiyyətində qalıb və bundan sonra bu ölkədə xaos daha da artıb, vətəndaşlar hər gün etiraz aksiyaları keçirərək hakimiyyətin istefasını tələb edirlər. Ölkədə qarmaqarışıqlıq hökm sürməkdə davam edir və müharibədə məğlubiyyəti, verdiyi sözlərə əməl etməməsi, etibarını itirməsi səbəbindən Paşinyan hakimiyyəti bunun qarşısını almaqda acizdir. Məhz buna görə də ölkənin ikinci prezidenti Robert Koçaryan, ölkəsində hakimiyyət böhranının olduğunu açıq şəkildə bəyan etməkdən çəkinmir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə