AXCP-nin söyüş hədəfi - “Meydan TV”, “Azadlıq” radiosu və REAL partiyası TƏRS BAXIŞ + AUDİOFAKT

AXCP-nin söyüş hədəfi - “Meydan TV”, “Azadlıq” radiosu və REAL partiyası TƏRS BAXIŞ + AUDİOFAKT

Sosial şəbəkələrdə özünüreklam vasitəsi ilə təbliğ etdirən və təbliğatı məsələsində tərəfdarlarına, xüsusilə trollinq şəbəkəsinə əmrlər verən AXCP sədri Əli Kərimlinin zaman-zaman “mən və partiyamız söyüşə, təhqirə qarşıyıq” tipli özünütəmizəçıxarma əməliyyatlarına əl atmasının ucuz, uğursuz taktika olması kimsəyə sirr deyil. Lakin onun bu iddialarına baxmayaraq, məhz sosial şəbəkələrdə AXCP sədrinin qurbanlarına çevrilmiş trollar özlərinə sərf etməyən hər hansı bir faktları görən kimi, həmin faktları ortaya çıxaranlara qarşı olmazın, heç bir mənəviyyata, ləyaqətə sığmayan vasitələrlə söyüş, təhqir hücumlarına keçirlər. Ən maraqlısı isə budur ki, onlar hətta müxalifət daxilində fəaliyyət göstərən, ancaq onların cinahında yer almayan partiya sədrlərini, ictimai-siyasi fəalları da söyüş atəşinə məruz qoyurdular. Bu gün də həmin məsələ davam edir və Əli Kərimli ona qarşı çıxan istənilən şəxsə qarşı tərbiyəsiz, əxlaqsız trollarını sözün əsl mənasında qısqırdır.

Səs yazıları ictimailəşən cəbhəçilər bu dəfə "Meydan" tv-nin jurnalisti Sevinc Vaqifqızını, onun həyat yoldaşı – Nida hərəkatının üzvü Məsud Əskəri və "Azadlıq" radiosunun müxbiri İslam Şıxəlini təhqirlərə məruz qoyublar

Beləliklə, bugünlərdə AXCP sədrinin yaxın ətrafının ifşası ilə daha bir bənzər hal üzə çıxıb. SİA-ya daxil olan məlumata görə, səs yazıları ictimailəşən cəbhəçilər bu dəfə "Meydan" tv-nin jurnalisti Sevinc Vaqifqızını, onun həyat yoldaşı – Nida hərəkatının üzvü Məsud Əskəri və "Azadlıq" radiosunun müxbiri İslam Şıxəlini təhqirlərə məruz qoyublar. Bunun səbəbi isə çox ilgincdir. Onlar nəyə görə Əli Kərimlini bəyənmirlərmiş, yaxud hansı səbəbə görə AXCP sədri məclisdə çıxış edərkən, “eşq olsun, Əli bəy!” deyə qışqırmırlar, əksinə Əli Kərimli çıxış edəndə onun çıxışına istehza ilə yanaşmaqla gülürlər? Əslində, burada təəccüblü heç nə yoxdur. Belə ki, adları çəkilən şəxslər uzun illərdir ki, AXCP sədri ilə eyni cinahda yer alıblar və illər, aylar keçdikcə bu ünsürün kim olduğunu daha dərindən dərk ediblər – naşı, özündənmüştəbeh və s. İndi onların səhv etdiklərini anladıqlarına görə Əli Kərimlinin adamları tərəfindən təhqirlərə məruz qalması isə belə qənaətə gəlməyə zəmin yaradır ki, AXCP sədri onlara bu imtiyazı verib.

REAL partiyasının sədri İlqar Məmmədova, həmçinin partiyanın baş katibi Natiq Cəfərliyə qarşı işlətdikləri təhqirləri, ümumiyyətlə, ictimailəşməsinə lüzum görmürük

Təqdim etdiyimiz səs yazılarına necə deyərlər, ən yumşaq ifadələri təqdim edirik və AXCP təmsilçilərinin REAL partiyasının sədri İlqar Məmmədova, həmçinin partiyanın baş katibi Natiq Cəfərliyə qarşı işlətdikləri təhqirləri ümumiyyətlə ictimailəşməsinə lüzum görmürük.

Qeyd edək ki, təhqir edənlər AXCP-nin Nərimanov rayon şöbəsinin fəalı Elşən Təhməzov və AXCP-nin fəalı, Əli Kərimlinin yaxın çevrəsindən olan Babək Şərifdir. Bu qrupa Fuad Qəhrəmanlını, Natiq Ədilovu, Məmməd İbrahimi də əlavə etmək olar.

Onu da xatırladaq ki, bu AXCP gənclər komitəsinin sədri Emil Səlim tərəfindən əxlaqsız fotoları yayılan həmin Babək Şərifdir. Bir sözlə, Əli Kərimlinin “biz söyüşə qarşıyıq” iddialarının üzərindən çalın-çarpaz xətlər çəkən bu fakt bir daha onun və yaxın ətrafının iç üzünü ifşa edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə