1928-ci ildə ABŞ-da yazılmış kitabda erməni hansı etirafları edib? TARİXİ FOTOFAKT
Ovanes Apresyan: “Mən bütün gecəni dəhşətə gələrək bir küncə sıxıldım, bizimkilərin və xilas olmaq üçün son ümidlərini itirən türklərin dəhşətli səslərini eşitməmək üçün qulaqlarımı tutdum”
1928-ci ildə İndianapolisdə (ABŞ) Leonard Ramsdenin “İnsanlar belədir” (“Men Are Like That”) kitabı işıq üzü görüb. Kitab 1892-ci ildə Xankəndidə anadan olmuş və ibtidai təhsilini Şuşa şəhərində almış Ovanes Apresyanın xatirələri əsasında yazılıb.
Kitabın “Xankəndi” adlı 1-ci fəslində Ovanes Apresyan 1905-1906-cı və 1918-1920-ci illərdə Qarabağda, həmçinin İrəvan quberniyası ilə Qars vilayətində erməni silahlı dəstələrinin müsəlman əhalisinə qarşı talanları barədə danışıb.
Apresyanın dediklərinə görə, bu yerlərdə yaşayanlar azərbaycanlılar və türklər olublar. Bu torpaqlar onlara -türklərə məxsus olub. “Türklər əsasən, bu torpaqlara aiddir, ermənilər isə buraya gəlmədirlər. Biz xristian azlığı olarfaq türk-müsəlman çoxluğunun içində yaşayırdıq. Bu iki tayfalar arasındakı irqi, dini müxtəliflik, adət və ənənə müxtəlifliyində olan məsafə heç vaxt bir araya gəlmədi. Ermənilər hər zaman yaxşı silahlanıblar, halbuki türklərin bıçaqdan başqa silahları olmurdu”.
“Bütün evlər yandırlmış, sahibləri isə qətlə yetirilmişdi və eyni hadisə Xankəndidəki türk kvartallarında da baş verib”
1905-1906-cı illərdə azərbaycanlılara qarşı qətliamların keçirilməsi barədə qeyd edən erməni şahid vurğulayır ki, sakitlik yaranandan sonra o Şuşa şəhərinə gedib və həmin vaxt türk kvartallarında yalnız dağıdılmış xarabalıqlar gördüb.
“Bütün evlər yandırlmış, sahibləri isə qətlə yetirilmişdi və eyni hadisə Xankəndidəki türk kvartallarında da baş verib”, kitabda yazılıb.
“Bizimkilər öz silahlarını götürərək, kütlə şəklində tük kvartalına tərəf istiqamət aldılar”
Nəşrdə Xankəndidə baş vermiş daha bir olay xatırlanır. Belə ki, bir azərbaycanlıya onun digər azərbaycanlı tanışları qonaq gedirlər. Onlar bir yerdə nahar ediblər, daha sonra əylənərək mahnılar oxuyublar. Qonşuluqda yaşayan ermənilər narahat olaraq kazakları çağırıblar. Qonaqlar gedəndən sonra isə kənddə şayiə yayıldı ki, onlar guya yolda erməni qadını və uşaqla rastlaşıblar. Uşağı öldürüb, qadını isə özləri ilə aparıblar.
Hadisələrin sonrası belə yazılıb: “Bu söhbətləri eşidən ermənilər qəzəbləniblər və bizim qonşularımız olan türklərdən (azərbaycanlılardan) qisas almaq qərarına gəliblər. Kənddə olan kazaklar günün günorta çağı türklərə hücum etməyə razılaşmadılar... Onda bizimkilər öz silahlarını götürərək, kütlə şəklində tük kvartalına tərəf istiqamət aldılar. Türklər sonu yaxşı olmayacaq məsələdən hali oldular və güclü qorxu hissinə qapılaraq evlərinə girib-qapıları bağladılar və işıqları söndürdülər. Bizimkilər qapıları yumruqları ilə döyməyə başladılar, cavab verilməyəndə isə qapıları sındırdılar və bununla da qətliama başladılar. Sonuncu türk öldürülənə qədər bu davam etdi”.
“Türklərin qətliamından sonra bizim kənddə Rusiya inqilabı yatırıldı”
Ovanes Apresyanın fikirlərini yazan kitabda onun dilindən qeyd olunur: “Mən bütün gecəni dəhşətə gələrək bir küncə sıxıldım, bizimkilərin və xilas olmaq üçün son ümidlərini itirən türklərin dəhşətli səslərini eşitməmək üçün qulaqlarımı tutdum. Beləcə, mən səhəri gözlərimi qırpmadan açdım. Bütün türklər son nəfərinə qədər vurulmuşdu. Türklərin qətliamından sonra bizim kənddə Rusiya inqilabı yatırıldı; kazaklar yenidən öz səlahiyyətlərini icra etməyə başladılar və ermənilərlə türklər arasındakı toqquşmalara son qoyuldu”.
Beləliklə, bu fikirləri hələ 1928-ci ildə etiraf edən erməninin sözləri faktlardır və söz yox ki, bu gün belə faktlar dünyanın mühüm arxivlərində də saxlanılmaqdadır. Lakin bu gün qondarma erməni soyqırımını əllərində bayraq edərək, Türk Dünyasına qarşı alət edənlər nədənsə həmin arxivlərin açılması məsələsi gələndə yaxalarını kənara çəkirlər. Çünki yaxşı bilirlər ki, arxivlər açılarsa, kimlərin qatil, soyqırımçı olduqları faktları danılmaz sübut və dəlilləri ilə oraya çıxar. Lakin gec, ya da tez həmin faktlar ortalığa çıxacaq və haqq, ədalət öz yerində bərqərar olacaq. Bax, onda bu gün yaxalarını yıtran xristian klubunun ermənipərəst havadarları Türk Dünyasının qarşısında həm mənəvi, həm də hüquqi cavablarını verməli olacaqlar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB