Vaşinqton Ankara və Bakı ilə münbit əlaqələr qurmaq məqsədinə çata bilmədi ANALİTİK+AKTUAL

Vaşinqton Ankara və Bakı ilə münbit əlaqələr qurmaq məqsədinə çata bilmədi ANALİTİK+AKTUAL

Piter Teys: “Prezident Bayden beynəlxalq arenadakı etimadını itirdi və bu, çox kədərlidir ki, azad dünyanın lideri və dünya demokratiyasının ən konsolidasiya olunmuş ölkəsinin prezidenti erməni təbliğat maşınının alətinə çevrilib”

ABŞ prezidenti “erməni genosidini” Kaliforniya ermənilərinin və vitse-prezident Kamala Harrisin təzyiqləri altında tanıyıb. SİA xəbər verir ki, bunu rus dilində ictimailəşdirilən vesti.az informasiya resursuna amerikalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Piter Teys mövzu ilə bağlı münasibətini açıqlayarkən deyib.

Amerika prezidenti Co Baydenin Osmanlı imperiyasında baş vermiş erməni olayları ilə bağlı məsələyə “genosid” kimi yanaşmasını ABŞ-ın xarici siyasətinin faciəsi olduğunu deyən Piter Teys qeyd edib ki, bu, Ermənistanın faşist rejiminin Dövlət Departamentinin, Ağ evin və ABŞ Konqresinin dəhlizlərinə qədər nə qədər dərin işləməsinin göstəricisidir. O, qeyd edib ki, Vaşinqton müəyyən şəkildə Ankara ilə konstruktiv və tarixi münasibətlərə zərər vurub, belə ki, söhbət insan haqlarına gələndə Bayden ikili standartlar tərəfindən çıxış edir.

Teysin sözlərinə görə, ABŞ prezidenti bir tərəfdən beynəlxalq ictimaiyyətin diqqətini 1915-ci ildə baş vermiş Birinci dünya müharibəsində “erməni genosidi” mövzusuna doğru artırıb, lakin digər tərəfdən o Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağda və ona bağlı olan yeddi rayonda, Azərbaycanın suveren torpaqlarında basdırlmış minaların xəritələrini təqdim etmələri üçün təzyiq göstərməkdən imtina edir.

"Co Bayden isə bu gün erməni təbliğatı ilə əhatələnib və Vaşinqtonla Ankara arasında mövcud olan səmərəli münasibətləri ciddi şəkildə pozub"

“Son üç onillik boyunca Ermənistanın silahlı qüvvələri tərəfindən edilən dəhşətli hücumlar nəticəsində Azərbaycan xalqının minlərlə heç bir günahı olmayan insanlarının faciəvi qətlləri həqiqətən də azərbaycanlıların Cənubi Qafqaz holokostudur (bu vəhşiliklər çox yaxşı şəkildə sənədləşdiriliblər), o cümlədən, Xocalı soyqırımı və Gəncədə dinc əhaliyə qarşı kifayət qədər məlum olan hücumlar da bu qəbildəndir”, deyən amerikalı politoloq bildirib ki, biz çox ağır dövrləri yaşayırıq. Co Bayden isə bu gün erməni təbliğatı ilə əhatələnib və Vaşinqtonla Ankara arasında mövcud olan səmərəli münasibətləri ciddi şəkildə pozub. “Bununla da demokratlar erməni doaspunun qoyduğu minnəti geri qaytardılar, belə ki, onlar 2020-ci ilin noyabrında demokratlara kütləviliklə səs vermişdilər”, deyə Amerika eksperti qeyd edib.

"Bayden administrasiyası tərəfindən qəbul edilən ikili standartlar siyasəti erməni faşist rejimininə, bu rejimin hərbi terror məqsədli münasibətlərinə qarşı mübarizə aparmaqdan imtina edir"

O, həmçinin hesab edir ki, Baydenin fəaliyyəti yalnız Türkiyə ilə ikitərəfli partnyorluqla deyil, daha çox Cənubi Qafqaz regionu ilə bağlıdır: “Vaşinqton 2020-ci ilin sentyabr-noyabrında ikinci Qarabağ müharibəsində kənarlaşmış vəziyyətdə idi və qətiyyət baxımından istəkli görünmürdü. Lakin Baydenin administrasiyası digərlərindən fərqli olaraq daha çox erməni dezinformasiyalarını yayır. Belə ki, İrəvandakı erməni rejimi insanlığa qarşı kütləvi cinayətlər törədib, lakin Bayden administrasiyası tərəfindən qəbul edilən ikili standartlar siyasəti erməni faşist rejimininə, bu rejimin hərbi terror məqsədli münasibətlərinə qarşı mübarizə aparmaqdan imtina edir.

Amerikalı ekspertin sözlərinə görə, dünya tarixinin belə bir faciəvi günlərində Vaşinqton Ankara və Bakı ilə münasibətlərində mühüm impulsa çatmaq, münbit əlaqələr qurmaq məqsədinə çata bilmədi.

“Çox yəqin ki, bəlli hərəkət uzun zamandır ABŞ və Türkiyə arasındakı ikitərəfli partnyorluq tarixinə güclü təsirlərini göstərəcək. Prezident Bayden beynəlxalq arenadakı etimadını itirdi və bu çox kədərlidir ki, azad dünyanın lideri və dünya demokratiyasının ən konsolidasiya olunmuş ölkəsinin prezidenti erməni təbliğat maşınının alətinə çevrilib”, deyə Piter Teys qeyd edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə