Ulu Öndər Heydər Əliyevin SSRİ-nin quruluş olaraq son vaxtlarında verdiyi müsahibəsi ictimailəşdirilib. SİA xəbər verir ki, müsahibənin bir parçasını Caucasian bireau teleqram kanalı yayıb.
Mixail Qorbaçovun "yenidənqurma" siyasəti ilə bağlı fikir bildirən Heydər Əliyev istər həmin dövrün üzləşəcəyi nəticələri, eləcə də SSRİ-nin gələcəyinə heç nə vəd etməyəcəyi proqnozunu verməklə yanaşı, Qorbaçovun şəxsi keyfiyyətləri barədə də münasibətini açıqlayıb, onun vədinə sadiq olmayan adam olduğunu dolayısı ilə vurğulayıb. Jurnalistin Heydər Əliyevə "Sizin Qorbaçovla qarşılıqlı münasibətiniz necədir" sualına Ulu Öndər belə cavab verib ki, onunla heç bir qarşılıqlı münasibətim yoxdur.
"Qorbaçov yenidənqurmasının gələcəyi" ilə bağlı verilən suala isə Heydər Əliyev mükəmməl cavab verib. "Bu sualı Qorbaçova verin. O hesab edir ki, gələcək məhz bununla bağlıdır, deyən Ulu Öndər nümayiş etdirib ki, Qorbaçov Ona qarşı haqsız, ədalətsiz münasibət göstərib: "Bilirsiniz, indi hər şey elə qarmaqarışıq olub ki, mənə gələcəyin necə olmasını demək çətindir. Əgər bu gün bizdə SSRİ dağılırsa, əgər partiya dağılırsa, yəni uzun onilliklər boyu yaradılanlar dağılırsa, yenisi isə yaradılmırsa, yeniliyin nə olacağını isə heç kim bilmirsə nə demək olar?", deyə o qeyd edib.
Qorbaçovun şəxsi keyfiyyətləri ilə bağlı fikir bildirən Heydər Əliyev gülümsəyərək və düşünərək deyib: "Axı o prezidentdir. Prezident gərək ədalətli, obyektiv olsun. Mən, prezidentin necə olmalı olduğunu belə düşünürəm".
Xatırladaq ki, Heydər Əliyev SSRİ-nin baş katibi postuna layiq görülən ən birinci namizədlər sırasında yer almış dövlət xadimi olub və məhz Mixail Qorbaçovun Kremldəki qruplaşması Onun bu yolu qət etməsinə maneə törədib, dövlət idarəçiliyindən uzaqlaşdırılmasında rol oynayıb. Sonradan isə SSRİ-nin dağıdılması prosesində əsas iştirakçılardan olan Mixail Qorbaçov ermənilərin Qarabağı işğal etmələri iddialarına dəstək göstərməklə münaqişənin qızışdırılmasına səbəb olub.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB