Bayden “soyqırımı” məsələsində erməniləri ifşa edib ANALITIK+FAKT
Hərbi xidmətə çağırılan ermənilər daha sonradan silahlarını götürərək ordu sıralarından qaçır, ruslara qoşulur, yaxud silahlarını gizlədərək, əllərinə düşən imkanlardan yararlanıb türklərə, kürdlərə qarşı qətliamlar törədirdilər.
ABŞ prezidenti Co Baydenin qondarma erməni soyqırımını tanıması ətrafında daha bir amil diqqətdən yayınmayıb. Baydenin sözügedən relizində yazılıb ki, “Bir milyon yarım erməni deportasiyaya uğrayıb və deportasiya zamanı öldürülüb” və bu da ermənilərin 1.5-2 milyon insanın öldürülməsi versiyaları, yaxud iddiaları ilə üst-üstə düşmür. Beləliklə, Baydenin səsləndirdiyi rəqəmlər (“genosidin” özü deyil, məhz rəqəmlər-red.) reallığa daha yaxın görünməkdədir. Məsələ ondadır ki, 1914-cü ildə Osmanlı İmperiyasında 1.2 milyon erməni yaşayırdı.Onlardan:
- 800 mini deportasiya olunaraq, geri çəkilən Rusiya ordusu ilə birlikdə gediblər. Buna səbəb isə ermənilərin Vətənə qarşı xəyanət və satqınlıqları olub. Yəni Osmanlının onlara verdiyi yüksək imtiyazlara qarşılıq olaraq onlar düşmənlə işbirliyinə gediblər. Nəticədə, Rusiya geri çəkilərkən onlar da ruslara qoşularaq qaçıblar.
- Ancaq buna baxmayaraq, ermənilərən 100 mini Osmanlıda yaşamağa davam etdilər, hazırda isə Türkiyə Cümhuriyyətində yaşamaqdadırlar. (Necə “dəhşətli genosiddir, deyilmi?)
Bu zaman belə çıxır ki, həlak olan ermənilərin sayı maksimum 300 mindir. Lakin bu da son deyil, 300 minin çox hissəsi əllərində silahla həlak olublar, hansı ki, onlara çörək, dam, ali imtiyazlar verən ölkəyə qarşı döyüşmək üçün rus ordusunun sıralarına qatılmışdılar. Yerdə qalan kiçik hissəsi isə lokal münaqişələr zamanı öldürülmüşdü. Məsələn, ermənilər bir kənddə yaşayan kürdlərin hamısını qılıncdan keçirmişdilər, kürdlər də onlardan buna görə qisas almışdılar. Ermənilərin yalnız cüzi hissəsi deportasiya vaxtı həyatlarını itirib.
Onu da qeyd etmək yerinə düşərdi ki, həmin zamanlarda birinci dünya müharibəsində uduzan Osmanlı İmperiyasının vəziyyəti ağır idi. Demək olar ki, hər kəs aclıq işində idi. Belə bir vəziyyət xain ermənilərin satqınçılıqları səbəbindən daha da dərinləşirdi. Hərbi xidmətə çağırılan ermənilər daha sonradan silahlarını götürərək ordu sıralarından qaçır, ruslara qoşulur, yaxud silahlarını gizlədərək, əllərinə düşən imkanlardan yararlanıb türklərə, kürdlərə qarşı qətliamlar törədirdilər.
O da sirr deyil ki, xain ermənilərə maliyyə dəstəyini daha əvvəldən onların içlərinə sızmış rus xəfiyyələri verirdilər. Həmin ərəfələrdə Osmanlı İmperiyasının 2.5 milyon müsəlman əhalisi soyqırıma məruz qalmışdı. Onlardan bir milyonu şərqi Anadoluda erməni-daşnak və hnçak ultramillətçiləri tərəfindən qətlə yetiriliblər.
Bütün bunlardan isə belə bir nəticəyə gəlmək olar ki, reallıqda Bayden “soyqırımı” rəqəmlərini ifadə edərkən, əslində, ermənilərin yalanlarını dolayısı ilə ifşa edib, bəlkə də özü bilmədən. Lakin belə bir deyim var ki, nə qədər çaba göstərsən belə, həqiqət hər zaman həqiqət olaraq qalacaq və yalanları əzəcək.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB