Prezident İlham Əliyev argentinalı həmkarına təbrik ünvanlayıb

Prezident İlham Əliyev argentinalı həmkarına təbrik ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Argentina Respublikasının Prezidenti xanım Kristina Fernandes de Kirşneri ölkənin milli bayramı münasibətilə təbrik edib. SİA-nın xəbərinə görə, təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Argentina Respublikasının milli bayramı - May inqilabının ildönümü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Argentina dövlətlərarası münasibətlərinin inkişafı dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsi üçün yeni imkanlar açacaqdır. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Argentina xalqına əmin-amanlıq və rifah arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə