"ABŞ prezidenti Co Baydenin öz çıxışında qondarma erməni "soyqırımı" ifadəsini işlətməsi tarixi səhvdir. Necə olur ki, ABŞ kimi böyük dövlət 106 ildən sonra ermənilərin soyqırıma məruz qaldığını başa düşdü. Düşünürəm ki, ABŞ üçün ermənilərin qırılması, kökünün kəsilməsi heç də o qədər maraqlı deyil". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Millət vəkilinin sözlərinə görə, ABŞ-ı narahat edən Türkiyənin güclənməsidir: "Türkiyə hərbi gücünə görə NATO-da ABŞ-dan sonra ikinci ölkədir. Son zamanlar Türkiyə müstəqil şəkildə öz müdafiəsini qurur və regionda münaqişələrin tənzimlənməsində iştirak edir. Həm də Rusiyadan ABŞ-ın istəyinə əks olaraq, S-400 HHM komplekslərini almışdır. Bu da ABŞ-ın xoşuna gəlmir. Həm də Türkiyənin regionda gücə çevrilməsi və lider ölkənin olması Qərbin və Amerikanın xoşuna gəlmir. Ona görə də ABŞ prezidenti "soyqırım" ifadəsini işlətmişdir. Həm də iyunda Ermənistanda parlament seçkiləri keçiriləcəkdir. Ermənistanın baş naziri ABŞ-ın, "Soros"un nümayəndəsidir. ABŞ prezidenti "soyqırım" ifadəsini işlətməklə iyunda keçiriləcək seçkilərdə Paşinyana dəstək vermiş olur. Çünki Paşinyan deməyə başlayacaqdır ki, mən hakimiyyətdə olduğum üçün ABŞ erməni "soyqırımı"nı tanımışdır. Təbii ki, ermənilərin "soyqırımı" olmamışdır. Bu saxta və yalan üzərində qurulmuş saxta iddialarıdır".
Deputat həmçinin qeyd edib ki, ermənilər "soyqırım" ifadəsini ortaya atanda Türkiyə prezidenti arxivlərin açılmasını və tarixçilərin bu məsələni araşdıraraq qiymət verməli olduğunu demişdi: "Ermənilər isə arxivlərin açılmasında və məsələnin araşdırılmasında maraqlı olmamışdır. Bununla yanaşı erməni lobbisi can fəşanlıq edir ki, dünya ölkələri erməni "soyqırımı"nı tanısın. ABŞ prezidentinin "soyqırım" ifadəsinin işlədilməsi nəyi dəyişəcək kimi bir sual ortaya çıxır. Təbii ki, heç nəyi. Fransa, Rusiya və başqa bir neçə ölkə ermənilərin saxta "soyqırımı"nı tanıyanda nə dəyişmişdi ki, ABŞ prezidenti bu ifadəni işlədəndə o dəyişsin. Burda sadəcə ABŞ-ın Türkiyəyə olan münasibəti üzə çıxır. Həm də Bayden bu ifadəni işlətməklə Qafqazda gərginliyin artmasına bir impuls vermiş olur. ABŞ əgər ədalətli ölkə olsaydı 106 əvvəlki tarixə qiymət verməklə özünü yormadan yaxın tarixdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlara qiymət verərdi. Xocalı soyqırımından heç də o qədər böyük tarix ötməmişdir. Əgər Co Bayden ədalətli beynəlxalq siyasət aparsaydı, Xocalı soyqırımını tanıyardı. Təəssüf ki, beynəlxalq siyasətdə ədalət məsələsi yoxdur. Hesab edirəm ki, ABŞ prezidentinin bu saxta ifadəsindən sonra Türkiyə ABŞ münasibətlərinə yenidən baxacaq və Türk dünyasının birləşməsi və vahid gücə çevrilməsi istiqamətində daha çevik addımlar atacaq".
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB