"Bayden çox böyük yanlışlığa imza atdı. Bununla nəinki Türkiyə, Azərbaycanla da münasibətlərə Amerika soyuqluq gətirdi. Bölgənin, Avrasiya bölgəsinin əsas dövlətləridir Azərbaycan və Türkiyə." Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Mərkəzin rəhbəri xüsusilə vurğulayıb ki, bu cür addım münasibətlərə zərbə vurur və bu, xeyir, fayda gətirməyəcək.
"Baydenin bu yanlış addını erməni separatizmini daha da cəsarətləndirəcək. Təsadüfi deyil ki, bu yanlış addımdan dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan ilk öncə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə telefonla danışıb, birgə addımlar barədə fikir mübadiləsi aparıblar. Yəni, bu yanlış bir daha göstərir ki, Türkiyə-Azərbaycan ittifaqının həqiqətən gücləndirilməsi zəruridir və hər iki dövlət üçün vacibdir. Çünki, görürük ki, bizim düşmənlərimiz kimdir, bizim ayağımızın altını qazımaq istəyən dövlətlər və siyasi mərkəzlər hansıdır. İndi toy-bayram edirlər Ermənistanda. Dünən də axşam Azərbaycan və Türkiyənin, hətta İsrailin bayraqlarını yandırıblar. Bu şəkildə erməniləri, erməni separatizmini Amerika cəsarətləndirmiş oldu. Rusiyadakı siyasi mərkəzlər də cəsarətləndirdi Araik Arutyunyan kimi separatçını, onu Moskvaya çağırmaqla. Ona görə də Türkiyə-Azərbaycan ittifaqının güclənməsi zəruridir. Bu bizim erməni separatizminə dəstək verən Rusiya və Amerikadakı güc mərkəzlərinə ən tutarlı cavabımız olar", deyə Elxan Şahinoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB