"Baydenin bu addımı ermənilərə dəstək və Türkiyəyə göz dağı vermək idi" - AÇIQLAMA

"Baydenin bu addımı ermənilərə dəstək və Türkiyəyə göz dağı vermək idi" - AÇIQLAMA

"Təəssüflər olsun ki, ermənilər bu hadisəni bütün diaspora və erməni lobbisi vasitəsilə dünyaya "soyqırım" kimi təqdim etməyə çalışırlar. Erməni diasporasının mənafelərini müdafiə edən bəzi dövlətlərin olduğunu bilirik". Bunu SİA-ya açıqlamasında beynəlxalq ekspert Asif İbrahimov bildirib.

Asif İbrahimov vurğulayıb ki, bu gün ABŞ prezidenti Co Bayden 1915-ci ildə ermənilərin cəzalandırılmasını "soyqırım" olaraq adlandırıb: "Fikrimcə bu gedən proseslərin siyasi tərəfi var və ABŞ-da 10 milyona yaxın erməni seçicisini ələ almaq üçün atılan addımdır. Eyni zamanda bilirsiniz ki, Ermənistan uğrunda hal-hazırda Rusiya və Amerika arasında ciddi mübarizə gedir. Qeyd edim ki, Azərbaycanın Vətən müharibəsinə qədər Ermənistan Rusiyanın vassalı idi. Ölkənin ən iri vergi ödəyiciləri, şirkətlər Rusiyadan maliyyələşən və sərmayəsini Rusiyadan götürən şirkətlər idi. Ölkənin elektrik, su, qaz təchizatını həyata keçirən və ölkənin telekommunikasiya yəni mobil operatorları da Rusiyanındır. Bu de-fakto olaraq Ermənistan suveren dövlət yox, Rusiyadan asılı vəziyyətdə idi. Müharibədən sonra Rusiyanın təsir dairəsi Ermənistanda güclənib. Ermənistanda hakimiyyət uğrunda mübarizə gedir. Bu ərəfədə Rusiya və Amerika qarşıdurması Ermənistanda kəskinləşməyə başlayıb. Qeyd edim ki, Ermənistanda Amerikanın ən böyük 2500-ə yaxın əməkdaşı olan səfirliyi yerləşir. Ermənistan vassal dövlət olduğu üçün idarəsi uğrunda mübarizə kəskinləşib. Fikrimcə, Co Baydenin bu addımı ermənilərə dəstək, eyni zamanda da Türkiyəyə göz dağı vermək idi. Biz bu addıma qarşı müvafiq cavabları verməliyik. Azərbaycan-Amerika münasibətlərini qoruyaraq Azərbaycan və Türkiyə qardaşlığını nümayiş etdirib Türkiyənin yanında dayanmağı bacarmalıyıq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə