Tankları gəldi, bəs özləri hardadadır? - MÜSAHİBƏ

Tankları gəldi, bəs özləri hardadadır? - MÜSAHİBƏ

SİA Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın müsahibəsini təqdim edir:

- Bildiyiniz kimi yaxın zamanda Hərbi Qənimətlər Parkının açılışı oldu. Bu parkda düşməndən götürdüyümüz hərbi qənimətlərin bir hissəsi nümayiş olunur. Bu da bir çox güclərin, dövlətlərin qıcıqlanmasına səbəb olub. Bu məsələdə Fransa xüsusilə seçilir. Sizin fikirləriniz nədir?

- Hərbi Qənimətlər parkının açılışı çox önəmli təşəbbüsdür. 30 ilə yaxındır ki, bizim torpağlarımız işğal altında idi. Azərbaycan və türk xalqı bu torpaqların işğalından çox narahat idi və həmişə bu günü gözləyirdi. Müharibədən əvvəl deyirdilər ki, “bizim tanklarımız Bakıya gedəcək, biz oranı işğal edəcəyik”. Tankları gəldi bəs özləri hardadadır? İşğal altında olan torpaqların 44 gündə azad edilməsi çox böyük bir uğurdur. Mən Cənab Prezidenti, Azərbaycan xalqını və müzəffər ordunu təbrik edirəm. Hərbi Qənimətlər Parkını açmaq Azərbaycanın haqqıdır. Dünyanın hər yerində buna bənzər parklar və muzeylər var. Fransanın da buna qıcıqlanmasını anlayıram. Vətən müharibəsi zamanı da Fransanın mövqeyini gördük. Mən buna pis oluram ki, həmsədrlərdən biri də fransız olan Minsk qrupu 28 il heç bir şey etməyib, hətta bu məsələdə heç bir qatqısı olmayıb, əksinə bu məsələni daha da uzadıb. Bizim 28 ilimizi oğurladılar. Açıq şəkildə gəldilər, getdilər, yedilər, içdilər, heç bir şey etmədən bu məsələni uzatdılar. Mənə görə, həmsədrlər qrupu problemi həll etməmək üzərinə qurulmuşdu. Amma Cənab Prezident özü həm Birləşmiş Millətlər təşkilatının qərarlarını yerinə yetirdi, həm də bu həmsədrlər sistemini torpağa basdırdı. Fransızlara təəccüblənmədik. Həm parlamentin, həm də məclisin aldığı qərarlar bizə göstərdi ki, Fransanı idarə edən başqa güclər var. Özləri qərar verə bilmirlər. Erməni lobbisinin basqısı altında, təzyiqi altında olduğunu bilirik. Fransaya burda deyilər ki, “sənə nə?”. Bu Azərbaycan ordusunun qabiliyyətidir, uğurudur və 2900 şəhidimizin qanı ilə bu zəfər çalınmışdır. Hərbi Qənimətlər Parkının olması Azərbaycanın haqqıdır. Çünki həm Azərbaycan xalqının həm də türk xalqı bu günü 30 ildir ki, gözləyir. Ona görə də “Fransa sənə nə?”

- ATƏT-in Minsk qrupu uzun müddətdən sonra yeni bir bəyanat yaydı. “Madrid prinsipləri”ni yenidən həyata keçirmək istəyirlər. Əsas məqsədləri odur ki, Bakı və İrəvan yenidən danışıqlar masası arxasına keçsinlər. Sizin bu məsələyə münasibətiniz necədir?

- Həmsədrlərin artıq işləri yoxdu. Ürəkləri sıxılır. Özlərinə bir iş tapmağa çalışırlar, nəsə etmək istəyirlər. Biz bunları görürük və başa düşürük. Lakin bunlar boş şeylərdir. Çünki 10 noyabr və 11 yanvar bəyanatı götərdi ki, bu işi artıq Azərrbaycan, Rusiya və Ermənistan həll edəcək. “Madrid prinsipləri” artıq ölüb. Cənab Prezident həmin prinsipləri özü həyata keçirdi. Ona görə də heç kim “Madrid prinsipləri”dən danışmır. Ondan artıq 10 il keçib və heç nə edilməyib. Nəticədə “Madrid prinsipləri” həmsədrlər sisteminin torpağa basdırılması ilə birikdə bağlanıb. Biz nə edirik? Kommunikasiya əlaqələri, nəqliyyat yolları açılsın və bölgədə bir inkişaf olsun. Bu inkişafdan Ermənistan da yararlansın. Həm Cənab Prezident, həm də Rəcəb Tayyib Ərdoğan əlini Ermənistana uzatdı. Ermənistan bu əli sıxmalı, hətta öpməlidir. Çünki bu əldə çörək var. Ermənistana verdiyimiz çörək var. Əgər Ermənistan bölgədə baş vermiş reallıqları qəbul edərsə, özü daha çox bundan istifadə edəcək. Ermənistan xalqı kasıblıq içində yaşıyırlar. 1991-cı ildə müstəqillik əldə edəndə 3,5 milyon olan Ermənistan indi 2 milyondan azdır. Düzgün qonşuluq əlaqələrini qursaydı bu gün Ermənistan 6 milyon ola bilərdi. Biz yaxşı qonşu istəyirik. Danışacağımız qonşu istəyirik. Terrorçu dövlət istəmirik. Biz terrorçu dövlətlərlə iş birliyi edə bilmərik. Əvvəlcə Ermənistan kilsənin və lobbinin təsirindən çıxmalıdır. Bunu etməlidir ki, bir dövlət olsun. Biz də dövlət olaraq, tanıyaq. Biz əlimizi uzatdıq. Ermənistanın bu reallıqla barışması lazımdır. Əgər barışmasa, bu problem davam edəcək. Rusiya Federasiyası bunu izləyir və istəyir ki, bu yollar açılsın və Zəngəzur dəhlizi açılsın, bölgədə bir inkişaf olsun. Bizim də istədiyimiz bölgədə sülh olsun. Əgər Ermənistan bu mövqe ilə barışsa, ona köməklik edə bilərik. Cənab Prezident də bir neçə dəfə bunu qeyd edib. Bizim xalqlarla düşmənliyimiz yoxdur. Amma pis siyasətçilər xalqına çox zərər verir. Erməni gəncləri həmişə Avropaya, Amerikaya gedir. Çünki həmişə həm parlamentdə, həm də prezidentlə bağlı problemlər olur. Ona görə də Ermənistan ağlını başına yığmalıdır. Nifaq toxumları əkərək, bir nəticəyə gələ bilməz. Ermənistan bizim də Azərbaycanın da qonşusudur. Qonşu kimi davranmalıdır. Biz zor günlərində Ermənistana köməklik etdik. 90-cı illərdə buğda göndərdik. Pandemiya dövründə dərman və tibbi ləvazimat göndərdik. Biz insani olaraq hər şeyi edirik.

- Ötən həftəsonu Ermənistan prezidenti Gürcüstana səfər edib. Gürcüstan prezidentinin iqamətgahındakı xatirə kitabına öz ürək sözlərini yazıb və altında Türkiyənin Ağrı dağını simvolizə edən şəkil çəkib. Bu qədər yaxşılığın qarşılığnda onlar yenə də ərazi iddialarından, soyqırım iddialarından əl çəkmirlər.

- Bunlar xəstə təfəkkürün məhsuludur. Əvvəlki prezident demişdi ki, biz Qarabağı aldıq, yeni nəsil də Ağrı dağını alsın. Bu nə düşüncədir? Ağrı dağı Türkiyədədir. Hündürlüyü 5165 metrdir. Gürcüstanda yazdığı yazı da gülməlidir. Gürcüstün prezidenti fransanın səfiri idi. Gürcüstan əsilli fransız vətəndaşı idi. Mən orada işləyərkən səfirin müavini idim. O, daha sonra Gürcüstan vətəndaşlığını aldı və sonra prezident oldu. Gürcüstan prezidenti Türkiyə-Gürcüstan əlaqələrinə və Azərbaycan-Gürcüstan əlaqələrinə zərər verir. Buna icazə verməməliydir. Çünki lap əvvəldən Azərbaycan Gürcüstana çox kömək etdi. Eyni şəkildə Türkiyə də Gürcüstana kömək edir. Bunlar siyasi adamların çox diqqətli olmasını göstərir. Amma Ermənistan prezidentinin şəkil çəkməsi təbii ki, çox gülməli vəziyyətdir. Ağrı dağı Türkiyədədir. Türkiyə sərhədlərinin daxilindədir. Bir söz var "it hürər karvan keçər". Yəni bunlar boş şeylərdir. O şəkli çəkmək əvəzinə gələcəyə aid yazılar yazsaydı biz də qonşuluq əlaqələrini qura bilərdik. Eyni zamanda belə etməklə Gürcüstana zərər verdiyinin fərqində deyil. Biz bunları qınayırıq. Bu böyük bir səhvdir. Prezident səviyyəsində edilməməsi gərəkən səhvdir. Zatən oradakı səfrimiz də bu hərəkətə qarşı çox gözəl cavab verdi.

- Ermənistan hansı güclərə arxalanır?

- Arxalandığı gücləri gördük. Var təbii ki, biz bunu vaxtında da gördük, Fransa dəstəkləyirdi. Bunlar boş şeylərdir. Biz həmişə istəyirik ki, gerçəkçi olaq. Gəlin birlikdə danışaq. Problem varsa, həll edək. Amma gerçəkci olmaq bu reallığı qəbullanması lazımdır. Ona görə də Fransanın Ermənistanı dəstəkləməsi mənə görə mənasızdır. Onlara zərər verir. Halbuki pozitiv bir şey eləsə Fransa Ermənistan daha da irəli gedə bilər, inkişaf edə bilər. Həmişə problem çıxarır. Müharibə zamanında da çox dəstəklədi. Nəticədə nə oldu bəs? Fransa prezidenti üzr istədi. Buna görə də siyasətçilər çox önəmlidir. Siyasətçilərin etdiyi bir səhv xalqa təsir edir. Ondan iztirab çəkir, kasıblaşır və zərər çəkir.

- Rusiya-Ukrayna münasibətlərində Türkiyə Ukraniyaya açıq şəkildə dəstəyini nümayiş etdirdi. Xüsusilə də Krım məsələsində. Türkiyə elan etdi ki, Krım Ukraynanın ərazisidir və bunu dəstəkləyir. Bundan sonra Rusiya mediası Türkiyəyə qarşı “qara piar”a başladılar. Rus turistlərinə deyirlər ki, Türkiyəyə getməsinlər. Buna sizin münasibətiniz necədir?

- Rusiya-Ukrayna problemi 2014-cü ildə başladı. Həmin vaxtda da Türkiyənin mövqeyi çox açıq idi. Neçə dəfə Ukraynanın ərazi bütövlüyünü dəstəklədi və açıqca söylədi. Biz bunu hər yerdə söyləyirik. Azərbaycanın da, Gürcüstanın da, Moldovanın da ərazi bütövlüyünü dəstəkləyirik. Ukrayna bizim qonşumuzdur. Dost bir ölkədir. Əlaqələrimiz, münasibətlərimiz çox yaxşıdır. Həmçinin Rusiya Fedrasiyası da bizə görə dost bir ölkədir. Xüsusilə son illərdə əlaqələr daha da yaxşı inkişaf edir. Həmçinin cənab prezidentimiz Ərdoğanla Rusiya prezidenti Putinin arasındakı münasibət də yaxşıdır. Bildiyimiz kimi, 2 həftə əvvəl Ukrayna prezidenti Zelenski Türkiyəyə səfəri oldu. Onun səfərindən gün əvvəl də cənab prezidentimiz Putinlə görüşdü. Əlaqələrin yaxşı olduğunu açıqca göstərir. Biz təbii ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyəcəyik. Bu dövrdə kimsənin belə problemlər yaşamasını istəmirik. Bölgəmizdə süh olsun istəyirik. Bu baxımdan Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyik. Krım daha əvvəl Ukraynanın ərazisi idi. Orada da krım türkləri yaşayırdı. Onların bir özəllikləri var idi. Onların muxtariyyətləri var idi. Onlar bunu itirdilər. Bu gün oradakı krım türklərinin vəziyyəti hələ də bilinmir. Turist göndərməmək məsələsinə gələk. Təbii ki, də pandemiya ilə bağlıdır. Türkiyədə təəssüf ki, son aylarda pandemiya daha da artdı. Başqa ölkələrin də bu cür bənzər qərarları var. Biz bunu pandemiya ilə əlaqələndiririk. Zatən siyasi bir problem olsaydı cənab prezidentimizlə Putin danışırlar.

- Ukrayna-Rusiya gərginliyinin sonu müharibə ola bilərmi?

- Bildiymiz kimi, Qərb, Avropa və Amerika Ukraynanı dəstəkləyir. Ukrayna 2000-ci ilin əvvəllərində Qərbə daha yaxın olduğunu bəyan etdi və NATO-ya qatılmaq istəyir. Bundan da Rusiya narahatdır. Bu məsələdə bir savaş olacağını zənn etmirəm. Bu məsələnin görüş, dialoq vasitəsilə həll olunacağına inanıram. Ukrayna prezidenti Putinlə görüşmək istədi. Görüşsələr həll oluna bilər. NATO, Amerika Ukraynanı dəstəkləyir. Biz savaş olsun istəmirik. Bunların sülh yolu ilə həll olunacağına inanırıq. Hər kəsin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Bölgədə müharibə olarsa, bundan hamı zərər görər. Müharibəni istəmək mənə görə böyük bir cinayətdir. Məcbur olmadıqca savaşılmaz. Bunda da savaşılacaq bir durum yoxdur. Sadəcə Rusiya Federasiyasından Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmasını istəyirik.

- Ukrayna sülh yolu ilə torpaqlarını azad edə biləcək mi?

- Bizim istəyimiz bu yöndədir. Digər dövlətlər də dəstək olacaqlar. Danışıqlar olacaq, görüşlər olacaq bir həll yolu tapılacaq. Amma müharibə etmədən həll yolu tapılacaq. Bəzi bölgələrdə rus nüfuzunun çox olduğunu bilirik. Marseldə də ermənilər çoxdur. Orada da ermənlərə aid muxtariyyət mi qurulsun? Dünyada belə bir şey yodur. Yuxarı Qarabağda, Xankəndində, Xocavənddə yaşayan ermənilər Azərbaycan vətəndaşıdır. Daha əvvəl də Azərbaycan vətəndaşı idilər. Əgər Azərbaycan vətəndaşı olsalar biz bundan məmnun olarıq. Zəngin bir ölkədə yaşayarlar. Əgər olmaq istəmirlərsə, getsinlər kasıb bir ölkədə Ermənistanda yaşasınlar.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə