Elçin Mirzəbəyli: “Ermənistanın səsləndirdiyi fikirlərdən asılı olmayaraq Azərbaycanın öz prinsipial mövqeyində dayanacağı qənaətindəyəm” - MÖVQE
"Hər zaman dövlət başçıları bir araya gələndə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesinin müəyyən mərhələsi başlayanda Ermənistan və ona himayədar olan güclər tərəfindən təxribatlar daima olur. Bu ilkin hadisə deyil". Bu barədə SİA-ya "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. O bildirib ki, Ermənistan müdafiə nazirinin son zamanlarda verdiyi bəyanatlar, eyni zamanda Ermənistanın üv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin səsləndirdiyi və dövlətlərarası münasibətlərə uyğun gəlməyən fikirlər proses öncəsi Azərbaycanı qıcıqlandırmaq üçün atılan növbəti addımdır. Azərbaycanın mövqeyinin bu məsələdə bəlli olduğunu deyən E.Mirzəbəyli vurğulayıb ki, son dövrlərdə açıq şəkildə ölkənin xarici işlər nazirliyi tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişə yol açan şərtlər bir daha irəli sürülüb.
"İlkin mərhələdə yalnız 5 rayonun boşaldılmasından söhbət gedə bilər. Bu qəti və açıq bir şəkildə Azərbaycanın ortaya qoyduğu fikirlərdir. Bu baxımdan Ermənistan və yaxud ayrı-ayrı beynəlxalq təşkilatların səsləndirdiyi fikirlərdən asılı olmayaraq Azərbaycanın öz prinsipial mövqeyində dayanacağı qənaətindəyəm. Hesab edirəm ki, artıq dünya birliyi də baş verən proseslərin fərqindədir. Avropa Parlament Assambleyasınınm sədrinin Azərbaycana səfəri çərçivəsində onun birmənalı şəklində səsləndirdiyi fikirlərə diqqət çəkmək istərdim. Eyni fikirləri o, Ermənistanda da səsləndirmişdi. Qeyd olunmuşdu ki, Dağlıq Qarabağ heç bir zaman müstəqil dövlət kimi tanınmayacaq və bu problemin həllinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Avropa Birliyi birbaşa münaqişənin tənzimlənməsində iştirak etmir, amma kifayət qədər böyük bir qurumdur. Bu baxımdan hesab edirəm ki, bütün bu fikirlər də görüşqabağı proseslərə müəyyən dərəcədə təsir etmək məqsədi daşıyır", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB