Sergey Markov: “Bəlkə zəngin erməni diasporu raketləri hansısa Rusiya bazasından alıblar?” VİDEO + FAKT
“Mən belə başa düşürəm edirəm ki, “İskəndərlə” zərbə endirilib. Ona görə ki, Nikol Paşinyan da şikayət edirdi ki, həmin “İskəndərlər” partlamayıblar. Hər halda o, Ermənistanın baş naziridir və hesab edirdi ki, “İskəndərlər” vasitəsi ilə zərbə olub və ona zərbənin endirilməsi ilə bağlı məruzə edilib”. SİA xəbər verir ki, Rusiyanın tanınmış politoloqu və hərbi eksperti Sergey Markovun fikirləri “Kavkazskoye Byuro” teleqram kanalı vasitəsi ilə ictimailəşdirilib.
“Mənə elə gəlir ki, zərbənin endirilməsi Rusiya tərəfi ilə razılaşdırılmamışdı. Lakin bu raketin partlaması üçün onun xüsusi kodlarını işə salmaq lazımdır və raketləri onlara verənlər bu kodları bilmirdilər”, deyən Markova görə, həmin kodları ermənilərə ruslar verməyiblər: “Demək, kodları Rusiya verməyib, çünki raketlərin istifadə ediləcəyini bilmirdi. O, çox nəhəng, 450 kq partlayıcı ilə təmin olunub və raket torpaqda deyil, torpağın üstündə olarkən partlayır, nəticədə iki hektar ərazidə nə varsa hər şeyi məhv edir. Ancaq belə bir partlayış baş vermədi. Bu, sadəcə, böyük və ağır balvankanın zərbəsi idi”.
“Həmin mənada bu, erməni tərəfinin Azərbaycan tərəfini qorxutmaq məqsədini daşıyan zərbəsi idi və bu zərbə heç bir halda Rusiya ilə razılaşdırılmamışdı”, deyən Rusiya politoloqu digər tərəfə də toxunub: “İndi sual meydana gəlir ki, bu İskəndərlər “E” idi, yoxsa “M” idi? Yerində aparılan araşdırmalardan sonra məlum oldu ki, raketin qalırları “M”-lərə məxsus idi və Rusiya Ermənistana “İskəndər M” satmayıb. Ona görə də burada anlaşılmazlıq yaranır. Ola bilsin ki, burada raketlərin yoxlanılması ilə məşğul olan texniklər səhvə yol veriblər. Burada fantastik ssenarilər də var və biz fantastik ssenariləri də istisna etməməliyik. Bəlkə zəngin erməni diasporu həmin raketləri, sadəcə, hansısa Rusiya bazasından alıblar?” “Bu da fantastika ola bilər, ancaq sona qədər istisna etmək də olmaz”, deyən hərbi ekspert birinci Qarabağ müharibəsində erməni lobbisinin keçmiş sovet ordusundan istifadə etdiklərini də xatırladıb: “Biz bilirik ki, birinci Qarabağ müharibəsi dövründə zəngin erməni diasporası sovet ordusunun on bölməsini sadəcə alıblar. Nəticədə, Xocalı faciəsi yaşandı və bu qətliamda keçmiş sovet bölmələri də iştirak ediblər. Halbuki onlar sonradan pula görə Rusiya hərbi dairələrinə tabe olmamışdılar və Ermənistanın maraqlarından çıxış edirdilər”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB