“Hərbi Qənimətlər Parkı Azərbaycan ordusunun qüdrətini özündə əks etdirir” Seyfəddin Əliyev

“Hərbi Qənimətlər Parkı Azərbaycan ordusunun qüdrətini özündə əks etdirir” Seyfəddin Əliyev

“Bakıda aprelin 12-də açılan Hərbi Qənimətlər Parkının açılması Ermənistanın kaputiulasiyasının dünyaya sübut edən memorial Parkdır. Bu parkın başqa parklardan fərqlənməsi, “Dəmir yumruq” siyasəti ilə Müzəffər Ordumuzun qorxmaz, igid və rəşadətli əsgər və zabitlərimizin Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayişidir. Vətən müharibəsi ilə bağlı həqiqətləri, müharibənin gedişatını, Azərbaycan əsgərinin gücünü, qüdrətini gələcək nəsillərə çatdırmaq baxımından Hərbi Qənimətlər Parkı çox böyük əhəmiyyətə malikdir. Bu parkda sərgilənənlər, mövcud mənzərə gələcək nəsillər üçün çox gözəl bir nümunədir”. Bu fikirləri SİA-ya açıqlamasında YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib.

Hərbi Qənimətlər Parkının açılışı düşmənə verilən növbəti dərs olduğunu deyən Seyfəddin Əliyev onu da vurğulayıb ki, tarix boyu çox ədalətsizliyə, haqsızlığa məruz qalsaq da, lakin inam hissini heç vaxt itirmədik: “Bu gün yaşadığımız o Zəfər Gününə çatmağımız bu inamdan doğur. Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi, ərazi bütövlüyümüz bərpa olundu, illərdir düşmən əsarətində qalan Qarabağımıza qovuşduq. Bu dünyanı heyrətə gətirən 44 günlük müharibə nəticəsində əldə etdik. Böyük üstünlüklə zəfər çaldığımız 44 günlük müharibədə əldə edilən qənimətlərin nümayiş olunduğu Hərbi Qənimətlər Parkının 2021-ci il 12 aprel tarixində Pezident İlham Əliyevin də iştirakı ilə təntənəli açılış mərasimi Bakıdan Ermənistana növbəti dərs oldu».

S.Əliyev vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsində müzəffər ordumuz işğalçı Ermənistan ordusunun 28 il ərzində işğal altında saxladığı torpaqlarımızda yaratdığı müdafiə xətlərini, mühəndis-istehkam qurğularını, sığınacaqlarını qəhrəmanlıqla dağıtdı, komanda məntəqələrini, çox sayda hərbi texnikasını və canlı qüvvəsini məhv etdi: “Ötən il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı 44 günlük müharibədə Azərbaycan Ordusunun möhtəşəm Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. Qələbə paradında düşmənin qənimət kimi götürülən hərbi texnikalarının nümayiş olunması qürurverici hadisə kimi yaddaşlarda qaldı. Və bu gün bu parkın açılışı tarixi Qələbəmizdən sonra düşmənə və onları dəstəkləyən dairələrə verilən növbəti dərs oldu. Bu baxımdan Hərbi Qənimətlər Parkındakı mənzərə Ermənistanı və havadarlarını narahat edir. Çünki buradakı reallıq onların məğlubiyyətini, Azərbaycan ordusunun qüdrətini özündə əks etdirir”.

“Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışından sonra təltif olunan hərbi qulluqçularla görüşdü və çıxışı zamanı önəmli mesajlar verdi»,-deyən Seyfəddin Əliyev bildirib ki, parkın açılışında Ali Baş Komandanımız bildirdi ki, biz danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdıq: «Bütün bu 17 il ərzində bizim əsas büdcə xərclərimiz hərbi xərclər olmuşdur. Biz istədiyimizə nail olduq. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Dövlət başçısı Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəsin Azərbaycan Ordusunun qüdrətinin şahidi olacağını bura gələn hər bir insanın Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcəyini, iradəmizə heyran olacağını, bu Qələbəni əldə etməyin nə qədər çətin olduğunu əlavə edib.

Bir sözlə, Hərbi Qənimətlər Parkı Böyük Qələbənin əbədiləşdiyi tarixi istinad mənbəyimizdir, Qələbə Zirvəmizdir”.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə