Polis Mehrinin merini İrəvana aparıb Paşinyan cəza tədbiri tətbiq edir

Polis Mehrinin merini İrəvana aparıb Paşinyan cəza tədbiri tətbiq edir

Hüquq-mühafizə orqanları Mehri meri Mxitar Zakaryanı polis bölməsinə aparıblar. SİA xəbər verir ki, bu barədə Zakaryanın vəkili Qayane Papoyan öz Facebook səhifəsində yazıb.
Vəkil qeyd edib ki, Mehri merinin hansı polis bölməsinə aparıldığı barədə dəqiq məlumat yoxdur.
“İndi hara aparıldığı barədə dəqiq məlumatımız yoxdur. Əvvəlcə onu Mehri polis bölməsinə, daha sonra Kafana apardıqlarını dedilər. İndi də polislə birlikdə bir neçə avtobusun müşayiəti ilə İrəvana aparıldığı barədə məlumatlar yayılır”, deyə vəkil Papoyan bildirib.
Xatırladaq ki, Ermənistanın hökumət başçısı çərşənbə günü Sünik bölgəsinin bir neçə icmasını ziyarət etmək qərarına gəlib. Sakinlər isə tələsik onun qarşısını kəsiblər. Ardınca, "Nikol vətən xainidir", "Nikol, get!", deyə şuarlar səsləndirilib və təhlükəsizlik qüvvələri ilə baş nazirin əleyhdarları arasında dava olub. Baş nazir orada uzun müddət qala bilməyib və oradan uzaqlaşıb, ayrılıb, ziyarət etməkdən də imtina etmək məcburiyyətində qalıb. Paşinyan təhlükəsizlik qüvvələrinin rəhbərlərinə Mehridəki etirazçıların təşkilatçılarını cəzalandırmağı tapşırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə