Polşa prezidentinin Azərbaycana səfərinin vaxtı məlum olub

Polşa prezidentinin Azərbaycana səfərinin vaxtı məlum olub

Polşa prezidenti Bronislav Komarovski Azərbaycana bu il iyulun 25-26-da səfər edəcək. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Polşanın Azərbaycandakı səfiri Mixail Labenda bildirib. Onun sözlərinə görə, iki günlük səfər zamanı Azərbaycan-Polşa əlaqələri, Polşanın Avropa İttifaqında sədrliyi və "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Səfir deyib ki, səfər çərçivəsində bir neçə sənədin imzalanması da gözlənilir: "Hazırda sənədlər üzərində iş gedir. Biz istəyirik ki, bu, əsaslı səfər olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə