Kreml anti-Rusiya psixozundan imtina etməyə çağırır

Kreml yalnız konstruktiv dialoq yolu ilə mövcud fikir ayrılıqlarının aradan qaldırılacağını bəyan edib. SİA xəbər verir ki, bu barədə RenTV Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun fikirlərini yayımlayıb.

Moskva bir sıra ölkələrin paytaxtlarını "kütləvi anti-Rusiya psixozundan" imtina etməyə çağırır. Rusiya Prezidentinin mətbuat katibinin də qeyd etdiyi kimi, mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün sakitləşmək lazımdır.

"Həqiqətən də son vaxtlar Moskva ilə bir sıra ölkələr arasında müəyyən bir gərginlik yaranıb. Rusiya heç bir halda bu gərginliyin təşəbbüskarı deyil", deyə Peskov bildirib.

Kremlin sözçüsü, yalnız konstruktiv dialoq yolu ilə mövcud fikir ayrılıqlarının aradan qaldırılacağını söyləyib.
"Yəqin ki, biz hər kəsi sakitləşdirməyə və bu qədər kütləvi anti-Rusiya psixozundan imtina etməyə və konstruktiv şəkildə, sakitcə bir dialoq aparmağa çağıra bilərik", deyə Peskov əlavə edib.

Peskov, Çexiya səlahiyyətlilərinin Rusiya diplomatlarını ölkədən çıxarmaq qərarının Moskva ilə ikitərəfli münasibətləri məhv etmək məqsədi daşıdığına da diqqət çəkib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə