“Əsas hədəf iqtisadi artımı təmin etmək olacaq” Vüsal Qasımlı

" Azərbaycan Rəqəmsal Ticarət Qovşağı üzərindən sərmayə cəlb edilməsinə başlayıb". SİA xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı qurumun yaradılmasının 5 illiyi münasibətilə keçirilən mətbuat konfransında deyib.
Vüsal Qasımlı həmçinin qeyd edib ki, İİTKM növbəti 5 il üçün milli prioritet üzrə strategiya hazırlayır.
"Tezliklə növbəti 5 il üçün strategiya təqdim edəcəyik. Mərkəzin fəaliyyəti qarşıdakı 5 ildə əsasən 5 istiqamət üzrə həyata keçiriləcək və təbii ki, əsas hədəf iqtisadi artımı təmin etmək olacaq", deyə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə