Tramp Putinlə münasibətlərdən danışıb “Fox News”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, onunla Vladimir Putin arasında qarşılıqlı rəğbət olub. SİA xəbər verir ki, bu barədə Tramp “Fox News” agentliyinə verdiyi müsahibəsində deyib.
"Prezident Putinlə yaxşı davrandım, mən onu bəyəndim və o da məni bəyənmişdi", deyə eks-prezident qeyd edib.
O, izah edib ki, bu, "pis deyil, yaxşıdır".
Qeyd edək ki, Moskva ilə Vaşinqton arasındakı münasibətlər 2016-cı ilin sonunda Tramp prezident seçildikdən sonra kəskinləşib. Sonra Respublikaçıların əleyhdarları Moskvanın ABŞ-dakı seçki proseslərinə mümkün müdaxiləsi ilə bağlı ittihamları dilə gətiriblər.
Xatırladaq ki, xüsusi prokuror Robert Müller iki il ərzində "Rusiyanın müdaxiləsi" iddialarını və "Donald Trampın Rusiya ilə əlbir olması" ittihamlarını araşdırıb. Müller, Kremlin inkar etdiyi "müdaxilə" ittihamlarını təsdiqləyib, lakin "razılığa" dair heç bir dəlil tapmayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə