Mahmud Əhmədinejad Azərbaycan prezidenti İlham Əliyevi Tehrana dəvət edib
İran prezidenti Mahmud Əhmədinejad Azərbaycanın dövlət başçısı İlham Əliyevi Tehrana dəvət edib. SİA-nın \"IRNA\" agentliyinə istinadən verdiyi xəbərə görə, prezident İlham Əliyevə dəvətnaməni İran İslam Respublikası prezidentinin xüsusi elçisi, İranın xarici işlər nazirinin Yaxın Şərq məsələləri üzrə müavini Məhəmməd Rza Şeybani təqdim edib.
Qeyd edək ki, ötən gün İlham Əliyev Azərbaycanda səfərdə olan İran İslam Respublikası prezidentinin xüsusi elçisi, İranın xarici işlər nazirinin Yaxın Şərq məsələləri üzrə müavini Məhəmməd Rza Şeybanini qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB