Anar Məhərrəmov səfir vəzifəsindən geri çağırıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Anar Abel oğlu Məhərrəmovun Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

SİA xəbər verir ki, Sərəncamla Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə