“Minsk Suriyaya bərpa işində kömək etməyə hazırdır” Aleksandr Lukaşenko

Belarusiya Prezidenti Aleksandr Lukaşenko Suriyadan olan həmkarı Bəşər Əsədi bu ölkənin milli bayramı - Evakuasiya Günü münasibətilə təbrik edib və Minskin Suriyanın yenidən qurulmasında, bərpasında kömək etməyə hazır olduğunu bildirib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti şənbə günü məlumat yayıb.

"Belarusiya Respublikasının prezidenti Aleksandr Lukaşenko, Suriya Ərəb Respublikasının prezidenti Bəşər Əsəd və bu ölkənin xalqını milli bayram - Evakuasiya Günü münasibətilə təbrik edib", deyə Belarus prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

Təbriklə yanaşı prezident Lukaşenko Belarusun Suriya xalqının xarici müdaxilənin nəticələrini tezliklə qarşılayacağına və ölkənin bərpası, eləcə də inkişafında əhəmiyyətli bir addım ata biləcəyinə qətiyyətlə əminlik ifadə edib.

"Bu prosesdə arxa olmağa və lazımi kömək göstərməyə hazırıq", deyə Lukaşenko bildirib.
Belarus lideri Suriyadan olan həmkarı Bəşər Əsədə can sağlığı, bütün planlarının yerinə yetirilməsini, dost Suriya xalqına sülh və əmin-amanlıq arzulayıb.

Xatırladaq ki, Suriyadakı silahlı qarşıdurma 2011-ci ildən bəri davam edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...