Baydenin "Rusiyanı diz çökdürmək" cəhdinə Puşkovdan cavab

Baydenin "Rusiyanı diz çökdürmək" cəhdinə Puşkovdan cavab

Senator Aleksey Puşkov ABŞ prezidenti Co Baydenin "Rusiyanı diz çökdürməyə çalışdığını" söyləyib. SİA RenTV-yə istinadən xəbər verir ki, senator bu qiymətləndirməni Amerika liderinin Rusiya ilə münasibətlər barədə çıxışından sonra verib və bu barədə öz Twitter səhifəsində qeyd edib.

Puşkov əmindir ki, Bayden “Rusiyanı bulanıq vədlərlə danışmağa məcbur etmək” istəyir.

“Xatırladım ki, 2009-cu ildə ABŞ-ın vitse-prezidenti kimi Bayden Rusiyanı ABŞ-ın maraqlarına tabe etmək və hətta “diz çökdürmək” üçün “yenidən qurma”-nın mənasını Moskvaya ilə izah etməyə getdi. Alınmadı. Liviya, Suriya, Soçi-2014-ə qarşı kampaniya, Ukrayna, Soyuq Müharibə kimi uydurmalar ortaya atıldı. Bayden heç dəyişmədi", deyə senator Twitter səhifəsində yazıb.

O, qeyd edib ki, Baydenin "daha yaxşı gələcək naminə əməkdaşlıq üçün əla perspektivlər" barədə söylədikləri, Rusiyanın ABŞ-a düşmən olduğu barədə dedikləri ilə, hansı ki, indi ABŞ qarşı tərəfə sansiyalar tətbiq edilir, ziddiyyət təşkil edir.

Xatırladaq ki, 15 aprel cümə axşamı, ABŞ Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq edib. Bundan əlavə, Amerika səlahiyyətliləri on rus diplomatını qovmaq qərarına gəliblər. Bunun ardınca da Rusiya Xarici İşlər Nazirliyi yeni sanksiyalara cavab olaraq qəti bir cavab verəcəyini vəd edib və ABŞ-ın Rusiya Federasiyasındakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə