Prezident İlham Əliyevin 2021-ci il 13 aprel tarixində ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans barədə
Barbar erməni rejimlərinin torpaqlarımızda çıxardığı oyunları görməyən, görüb susan ermənipərəst dövlətlərin, siyasətçilərin niyyətlərinin boğazlarında qalacağı bizlərə çox yaxşı məlumdur. 44 günlük vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti kifayət edir ki, ikili standartlarla yaşayan dünyanın ermənipərəst qüvvələri çəkilib yerlərində sakit otursun. Yoxsa Ali Baş komandanın bir əmri ilə Azərbaycan əsgərinin çəkmə izləri qədim və tarixi torpağımız olan İrəvanın küçələrini bəzəyə bilər. Yəqin ki, bunu həm ermənilər həm də onların havadarları çox yaxşı bilir.
Bu məqamda 2021-ci il 13 aprel tarixində ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransa diqqət çəkmək istəyirəm. Konfransda Prezident İlham Əliyev, eyni zamanda dünya siyasi arenasında kifayət qədər tanınmış beynəlxalq ekspertlər və rəsmi qonaqlar da iştirak edib. Bu konfransın ən diqqət çəkən məqamlarından birincisi Cənab Prezdentin tutduğu mövqeyin dəyişməzliyini və aparılan hərbi və siyasi uğurdan vaz keçməyəcəyimizi bir daha vurğulaması bütün Azərbaycan vətəndaşları tərəfindən alqışla qarşılandı. Cənab Prezident bir daha dünyaya bəyan etdi ki, bu ermənilər sülh dilini anlamır, anlamadıqları üçündə bu gün dalana çevriliblər. İlham Əliyev Cənabları konfransdakı çıxışı zamanı bildirdi ki, rəsmi İrəvanın niyyəti münaqişənin dondurulması olub. Ermənistan münaqişənin həllini istəməyib. Əraziləri azad etdikdən sonra gördüklərimiz göstərir ki, münaqişənin həllinin olmaması üçün hər şey ediblər. Onlar nəhəng istehkamları, müdafiə xətlərini tikməklə, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyiblər.
Bu bədnam qonşularımızın bu niyyətləri isə baş tuta bilməzdi. Buna nə Azərbaycan xalqı, nə Azərbaycan dövləti razı ola bilərdi. Ermənilərin milyonlarla xərc çəkərək qurduğu istekamları, keçilməz səd dedikləri səddləri İgid Əsgərimiz 44 gün içində darmadağın edib ordu adlandırdıqları lakin cinayətkar qruplardan, soyğunçulardan, manyaklardan ibarət olan hərbi formalı quldurları ilə bir yerdə yerin
dibinə soxdu. Cənab Prezdentində öncəki çıxışlarında da qeyd etdiyi kimi, bir daha cəsarət edib bizim torpaqlarımıza baxa bilməzlər. Onların buna nə gücü, nə cəsarəti çatmaz. Amma Cənab Prezdentin də konfransdakı çıxışından bildik ki, ermənilər revanş niyyətindədi. Amma onlar bir məqamı unudur ki, yenidən bizim torpaqlarımızın işğalına niyətlənsələr ermənistan adlı bir dövlətin varlığı şübhə altına düşəcək. Ermənilər əgər Cənubi Qafqazda yaşamaq istəyirlərsə İlham Əliyev cənablarının bu fikrini gərək yaxşı-yaxşı götür-qoy edib özlərinə nəticə çıxaralar;
“Rəsmi İrəvanın revanş niyyətləri Ermənistan dövlətçiliyinin sonu deməkdir. Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları suallar doğurur. Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq. Ermənistan ordusu yoxdur, mənəvi cəhətdən sarsılıb”.
Son dövrlər görürük ki, Fransa kimi ölkələrin bəzi boşboğaz siyasətçiləri bizim tarixi yaddaşımızı qorumağa yönəlmiş uğurlu addımlarımızı tənqid edirlər. Ancaq onlar bir məqamı unudur ki, Azərbaycan xalqı iradəli və güclü xalqdır və onun ətrafında birləşdiyi güclü lideri var. O lider ki, xalqının gücünə güc qatır, onun iradəsini həm siyasi həm hərbi sahədə laiqincə müdafiyə edir. Belə olduqda tarixi yadaşımızı kimsə bizə unutdurmağı məcbur edə bilməz. Bunu anlamayanlar məlum konfransa zamanı Cənab Ali Baş Komandanın aşağıdakı fikirlərinə diqqət yetirsin;
“- Münaqişənin tarixi təhrif olunmadan xalqın yaddaşında qalmalıdır. Biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər otuz ildir işğal altındadır. Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik;
- Gənc nəsil tarixi həqiqətləri bilməlidir. Azərbaycan tarixini silmək istəyənlər belə öyrədirdilər ki, guya Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin. Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Orada Sevan yoxdur, orada Göyçə var”.
Ermənilərin və onların havadarlarının birgəyaşayışın mükünsüzlüyünü və buna bənzər fikirlər sələndirmələrinin bir səbəbi var oda ermənilər xəyanət xislətlərinin olmasıdır. Onlar yaxşı bilirləriki dünyanın ən etibarsız bir toplumuna sahibdilər. Lakin bizim xalq müdrik xalqdır, onların sülh şərayitində tarixi torpaqlarımız olan Zəngəzurda, Göyçədə, Dərələyəzdə, İrəvanda yaşamalarına icazə verərik, amma öz çirkin xislətlərindən gərək əl çəkələr. Onlara havadarlıq edənlərsə bir daha gərək dönüb Azərbaycanın etnik tərkibinə və necə sülh şərayitində yaşamaqlarına baxsınlar. Cənab Prezident də çıxışı zamanı bildirdi ki, Azərbaycan burada yaşayan bütün millətlərin, etnik qrupların doğma Vətənidir və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi. Azərbaycan çoxmillətli ölkədir. Vətən müharibəsi zamanı bütün millətlərdən, etnik qruplardan olan insanlar Vətənləri uğrunda döyüşürdülər.
Ermənilər və ermənipərəstlər bu məqama diqqət yetirərək normal sülh şəraitində yaşamağı seçməlidirlər. Əks halda onsuzda dalana dönmüş ermənistan tamamilə məhvə məkum olacaq.
Elnur Bayramov
216 nömrəli məktəbin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB