Gürcü politoloq Aleksandr Rondeli: “Ermənilərə qarşı “soyqırım” törədilməyib”
Nəzərə alsaq ki, "soyqırım" termin kimi ötən əsrin 40-ci illərində işlənməyə başlayıb əsrələr öncə baş verən hadisəyə soyqırım adı verilməsi düzgün deyil. SİA-nın xəbərinə görə, bu fikirlər gürcüstanlı politoloq Zurab Abaşıdzeyə məxsusdur. Onun sözlərinə görə, ermənilərin irəli sürdüyü iddiaları "soyqırım" adlandırmaq olmaz.
Gürcüstanın Starteji və Beynəlxalq Siyasi Araşdırmalar Fondunun rəhbəri, politoloq Aleksandr Rondeli isə bildirib ki, Gürcüstan parlamenti tərəfindən "erməni soyqırım"nın tanınması mümkün deyil: "Soyqırımla bağlı səslənən iddialarda mübahisəli nüanslar çoxdur. Ona görə soyqırım ifadəsinin istifadəsi çox çətindir\".
O, qeyd edib ki, Gürcüstan bu məsələyə yalnız Türkiyənin pəncərəsindən baxa bilər. Çərkəz xalqının soyqırımının parlament tərəfindən tanınmasına gəlincə, politoloq vurğulayıb ki, Rusiyanın Gürcüstana etdiyi hərəkətlərin fonunda bu addımın atılması başa düşüləndir. Çərkəzlərin kütləvi öldürülməsi baş verib, lakin ermənilərə qarşı kütləvi qətllər törədilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB