“Hərbi Qənimətlər Parkı”nın yaradılması qürurvericidir” ÖZƏL-MÜNASİBƏT

“Prezident İlham Əliyevin “Hərbi Qənimətlər Parkı”nın açılışında iştirak etməsi qürurverici bir məqamdır. Bu çox böyük hadisədir. Çünki erməni ordusunun məğlub edilməsi bir yana, onlardan böyük miqdarda qənimətlər götürülməsi və onun açıq havada muzeyinin yaradılması, mənim zənnimcə, gələcək nəsillərin tərbiyəsində misilsiz rol oynayacaq”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev “Hərbi Qənimətlər Parkı”nın açılışında müharibə ilə bağlı, həm də Şuşa ətrafına düşən “İsgəndər” raketləri ilə bağlı fikirlərini söylədi: “Prezident İlham Əliyev bildirdi ki, bütün bu hadisələr, bu cür muzeyin yaradılması da tariximizin qürurverici səhifələrindəndir. Biz 44 günlük müharibə dövründə erməni hərbi maşınının 85 faizini ya məhv etdik, bir hissəsini isə hərbi qənimət kimi ələ keçirdik. Bütün bunlar Azərbaycan ordusunun bir zəfər yolunun ayrı-ayrı hissələri kimi tariximizə möhkəm həkk olunacaq. İnsanlarımızın qürur qaynağı kimi gələcək nəslin tərbiyəsində önəmli rol oynayacaq. 44 günlük parlaq qələbə ilə dünya birliyi bir daha gördü ki, Azərbaycan dövləti böyük gücə, qüdrətə malikdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə