Xalq Cümhuriyyətinin xain “davamçıları” SIYASI RAKURS

Yaxud, bir zamanlar AXC hökuməti İrəvan və Zəngəzuru düşmənə vermişdisə, Qarabağı da Xalq Cəbhəsi ilə Müsavat erməniyə peşkəş edib – tarix təkrarlansa da unudulmadı!

Bu gün özlərini Xalq Cümhuriyyətinin “davamçıları” kimi zorla ictimai rəyə sırıyan Xalq Cəbhəsi və Müsavat partiyalarının zaman-zaman, xüsusilə birillik hakimiyyətləri dövründə Azərbaycan xalqına və dövlətinə qarşı törətdikləri cinayətləri bu gün də unudulmayıb. Lakin maraqlı faktlardan biri də budur ki, 1918-ci ildə az ömür yaşayan Xalq Cümhuriyyəti, daha dəqiq desək, həmin hakimiyyətin Milli Şurası son anda Zəngəzur və İrəvan olmaqla, tarixi torpaqlarımızın ermənilərə verilməsi prosesinə imza atmış oldu və bu xəyanət sonrakı illərdə Ermənistan dövlətinin Azərbaycana, həmçinin digər qonşu ölkələrə qarşı torpaq iddiaları ilə nəticəsini tapmış oldu. Məhz 1988-ci ildən vüsət alan növbəti erməniçilik təfəkkürü Qarabağ problemini qabartdı, ərazilərimiz işğala məruz qaldı.

Prezident İlham Əliyev: “Ancaq biz tarixi malalamamalıyıq, bilməliyik tarixi”

Əbəs deyil ki, Prezident İlham Əliyev cənabları “Zəfər” parkının açılışında vurğulayıb: “Bütün bu illər ərzində demişdim ki, bizim torpağımızda heç vaxt ikinci erməni dövləti yaradıla bilməz. Demişdim ki, birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıbdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də İrəvanı Ermənistana vermək, paytaxt düzəltmək idi. Mən bunu qınamışam. Demişəm ki, bu xəyanət idi, satqınlıq idi, bağışlanmazdır. Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var. Ancaq biz tarixi malalamamalıyıq, bilməliyik tarixi”.

Artıq bu gün erməni işğalından azad edilən torpaqlarımızda Azərbacan bayrağı dalğalanır və 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağımızda qalibiyyət, zəfər küləkləri əsməkdədir. Və maraqlısı da budur ki, həmin qalibiyyət məhz AXCP, Müsavat kimi sözdə Xalq Cümhuriyyətinin “davamçılarını” nədənsə narahat edir. Səbəbi isə bəllidir – onlar xalq, dövlət, millət, azadlıq kimi məfkurələrdən yalnız öz kirli, xəyanətkar maraqları üçün sui-istifadə edirlər. Hətta əllərində imkan olarsa, açıq-aşkar şəkildə erməni maraqlarının müdafiəsinə qalxar, üstəlik Qarabağ və s. milli-dövlətçilik mövzularında öz satqınçılıq ideyalarını zəhərli toxum kimi ətrafa səpməyə başlayarlar.

“Artıq başlarına narıncı bantlar bağlamışdılar”

Təkcə siyasi partiyaların Qarabağa səfərləri zamanı bu iki partiya rəhbərliyinin həmin səfərə qatılmamaları, həmçinin 44 günlük müharibənin ilk günərində siyasi partiyaların bəyanatlarını imzalamamaları da bu reallığı bütün çılpaqlığı ilə isbat etməkdədir. Əslində, İlham Əliyev hakimiyyətinin Qarabağdakı işğal altındakı torpqaqlarımızı azad edəcəyini yaxşı bilən, hətta illər əvvəl bilən bu qaragüruhçu və xainlər yığını hələ 2003-2005-ci illərdə zor, çevriliş və işğtişaşlar yolu ilə yenidən öz satqın düşüncələri sayəsində iqtidara yiyələnməyə cəhd ediblər. Xarici ağalarının əmr və tapşırıqlarını qeyd-şərtsiz icra edən, onların qarşılarında diz çökməklə kirli maliyyələr qazanan cəbhəçi-müsavatçı cütlüyü yenə də xalqın onları rədd etməsi nəticəsində öz istəklərinə çatan bilmədilər. Prezident İlham Əliyev bu barədə danışarkən deyib: “Mənə qarşı çevriliş cəhdləri olmuşdur. 2003-cü ildə Azadlıq meydanında AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdilər, alınmadı, xalq dəstəkləmədi. 2005-ci ildə Azərbaycanda “narıncı inqilab” təşkil etmək istəmişdilər. Artıq başlarına narıncı bantlar bağlamışdılar. Narıncı çadırlar gətirilmişdi. Nə idi məqsəd? Məqsəd satqınları hakimiyyətə gətirmək, onların əli ilə Qarabağı ermənilərə vermək və Azərbaycana rəhbərlik etmək. Mən bunu qoymurdum”.

“Heydər Əliyevə müraciət etdilər ki, onları burada, Prezident Aparatının qarşısında asmasınlar”

Bəli, xalq, dövlətini sevən, onun uğrunda canını fəda etməyə hazır olan vətəndaş faktoru heç vaxt imkan verə bilməzdi ki, onlar yenidən hakimiyyətə yiyələnərək əllərində olan hər şeyi düşmən qüvvələrə satsınlar. O zamanlar Ulu Öndər Heydər Əliyevin ayaqları altında düşərək, xalqın hiddətindən qaçan, xilas axtaran bu qaragüruhçu hay-harayçılar, görünür, həmin vaxtlarını unudublar. Amma unudublarsa da, dövlətimizin başçısı öz çıxışında həmin məqamı bir daha xatırladıb: “Faktiki olaraq hakimiyyət Xalq Cəbhəsi-Müsavatın əlində idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir...

... Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər ki, onları burada, Prezident Aparatının qarşısında asmasınlar. Onların dar ağacı hazır idi. Azərbaycan xalqı bunlara cəmi bir il dözdü”.

Beləliklə, artıq xalq da görür və dərk edir ki, onun alternativsiz Lideri, Prezidenti və Müzəffər Sərkərdəsi İlham Heydər oğlu Əliyevdir və Onun ətrafında birləşən bu sarsılmazlıq Azərbaycanı daha böyük qələbə və zəfərlərə doğru aparacaq. Çünki qarşıda hələ görüləcək çox nəhəng işlər var və bu işlər ölkəmizin regionda və dünyadakı gücünü, qüdrətini daha da artıracaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə