Seyfəddin Əliyev: "11 aprel xalqın Prezidentə inamının, güvəninin müəyyənləşdirildiyi tarixdir"
"11 aprel 2018-ci il seçkisi xalqın öz Prezidentinə və iqtidarına inamını, güvənini bir daha rəsmi şəkildə müəyyənləşdirdiyi tarixdir. Bu tarixdə xalqımız və dövlətimiz üçün çox əlamətdar hadisə baş verdi. 11 aprel tarixdə xalq müdrik bir seçim edərək cənab İlham Əliyevi növbəti dəfə Prezident seçdilər. Xalqımız öz layiqli və ədalətli seçimini edərək sabitliyin, dinamik inkişafın, uğurlu daxili və xarici siyasətin dəstəkləndiyini bir daha təsdiqlədi".
Bu fikirləri SİA-ya açıqlamasında YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib.
Seyfəddin Əliyev bildirib ki, xalqın yüksək fəallığı, mütləq dəstəyi ilə baş tutan 2018-ci il 11 aprel tarixli prezident seçkisindən 3 il keçir: "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin" - deyən dövlət başçısı bu son 17 il ərzində Azərbaycan Prezidenti İlham Əliyev tariximizin növbəti şanlı səhifəsinin ilk sətirlərinə, dövlət quruculuğunun yeni inkişaf, nailiyyət salnamısinin başlanğıcına çevrildi. "Azərbaycan tarixdə heç vaxt indiki qədər güçlü, indiki qüdrətli dövlət olmamışdır. Bunu biz yaratmışıq. Azərbaycan xalqının iradəsi, Azərbaycan dövlətinin siyasəti bu gün ölkəmizin inkişafı üçün əsas amildir. Azərbaycan bundan sonrakı dövrdə də uğurla inkişaf edəcək. Bizim bütün planlarımız həyata keçirilir. Verdiyimiz bütün vədlər yerinə yetirilir" - deyən dövlət başçımızın bu sözləri, əslində, Prezident İlham Əliyevin 17 illik fəaliyyətinin ümumi icmalı, qısa hesabatıdır.
Və xalq da 2018-ci il 11 apreldə keçirilən prezident seçkilərində düzgün yolla irəliləyən liderinə, istiqlalımızın bayraqdarına, tarixin ən möhtəşəm Azərbaycanını yaradan Prezident İlham Əliyev cənablarına qarşıdakı 7 il üçün xeyir-duasını, dəstəyini verdi... Prezident İlham Əliyev xalqın xilaskarı olmağı bacardı".
S.Əliyev onu da vurğulayıb ki, Prezident İlham Əliyev ötən 17 il ərzində millətimiz üçün ən ağrılı bəla olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini hər zaman belə ifadə edib: "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar. "Qarabağ Azərbaycandır və nida". Nəticədə, Azərbaycan xalqı hal-hazırda tarixinin ən əlamətdar günlərini yaşayır. Xalqımızın müdafiəsində dayanan Prezident 2020-ci ilin oktyabrın 4-ü xalqa müraciətində bu məsələlərə toxunaraq qeyd edirdi: "Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq. Qondarma "Dağlıq Qarabağ respublikası"nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir". Prezident bu illər ərzində verdiyi sözə əməl etdi. O, Ermənistana və onun havadarlarına etdiyi xəbərdarlıqlarının boş söz olmadığını 44 günlük müharibə ərzində sübut etdi. Nəticədə, noyabrın 10-da Nikol Paşinyan 2016-cı ilin aprelindəki Serj Sarkisyanın hərəkətini təkrarlayaraq Azərbaycan dövləti, Azərbaycan Ali Baş Komandanı, Azərbaycan xalqı qarşısında diz çökdü! Bir daha bütün dünya gördü ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqın xilaskarı olmağı bacardı. Ali Baş Komandan bu illər ərzində Azərbaycan xalqına və dövlətinə qalibiyyət bəxş etdi. O, sözün həqiqi mənasında tam müstəqil dövlət qurmağı bacardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB